• Şikayət et

AÇ-2020: Rusiyada viza ilə bağlı qərar qəbul edilib

Rusiya AÇ-2020-nin oyunlarına baxmaq üçün ölkəyə gələn azarkeşlərdən viza tələb etməyəcək.

İnterAz xəbər verir ki, bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin qərar imzalayıb. AÇ-2020 üçün ölkəyə gələn azarkeşlərdən oyun üçün bilet və koronavirus testi tələb olunacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Rusiyanın Sankt-Peterburq şəhərində Belçika – Rusiya, Polşa – Slovakiya, Finlandiya – Rusiya, İsveç – Slovakiya, Finlandiya – Belçika, İsveç – Polşa və 1/4 final mərhələsinin bir oyunu keçiriləcək.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Mənbə:
0
3005
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar