• Şikayət et

Avrozonada inflyasiya yeni - Rekord Həddə Çatıb

İyun ayında Avrozonada inflyasiya gözləntiləri üstələyərək 8,6%-ə yüksəlib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, sürətli inflyasiya əsas etibarilə enerji qiymətlərinin may ayındaki 39,1%-dən iyunda 41,9%-ə yüksəlməsi fonunda müəyyənləşməkdə davam edir.

Daha sonra iyunda əvvəlki ayla müqayisədə 8,9% bahalaşan ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları gəlir.

Dəyişkən komponentləri istisna edən və əsas qiymət təzyiqlərinin yaxşı göstəricisi hesab edilən baza inflyasiyası may ayında 3,8%-dən iyunda 3,7%-ə qədər bir qədər azalıb.

İnflyasiyadan üzv dövlətlər arasında ən çox Baltikyanı ölkələr zərər çəkib, Estoniyada bu, 22%-ə, Litvada 20,5%-ə və Latviyada 19%-ə çatıb. Ən aşağı inflyasiya göstəriciləri Malta (6,1%) və Fransada (6,5%) qeydə alınıb.

 

Mənbə:
0
89
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar