• Şikayət et

Bayden Corc Floydun ailəsi ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden, polis tərəfindən həbs edilərkən ölən afroamerikalı Corc Foydun ölümünün ildönümündə onun ailəsi ilə görüşəcək.

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

Görüşün vaxtı və yeri barədə məlumat verilmir.

Corc Floyd 25 may 2020-ci il tarixində Minneapolisdə polis məmuru Derek Şovin tərəfindən həbs edilərkən ölüb. Şovin Floydu dizi ilə boğaraq öldürüb.

Minneapolis məhkəməsi keçmiş polis ŞoviniFloydun qətlində günahkar bilib. Şovin hər üç cinayət maddəsi üzrə təqsirli bilinib. Şovini 40 ilədək həbs cəzası gözləyir.

Mənbə:
0
3097
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar