• Şikayət et

Bayden onu Azərbaycana səfir təyin edir - FOTO

ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.

Mark V. Libbi Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizəd olaraq irəli sürülüb.

Mark Libbi Milli Müharibə Kollecində işləyir. Vaşinqtona qayıtmazdan əvvəl o, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Libbi Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini vəzifəsində çalışıb. Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri Ofisinin direktoru və Xarici Xidmət İnstitutunda oriyentasiya direktoru olaraq fəaliyyət göstərib.

Libbi bakalavr təhsilini Massaçusetsdəki Tafts Universitetində və Parisdəki Institut des Etudes Politiques-də ("Sciences-Po") alıb. Milli Müharibə Kollecində magistr dərəcəsinə yiyələnib. O, polyak və fransız dillərini mükəmməl, rus, türk və alman dillərini qismən bilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Mənbə:
0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar