• Şikayət et

Cavad Zərif Roma Papası ilə görüşdə Fələstin məsələsini müzakirə edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gün Romaya səfərində Papa Fransisklə görüşüb və Yaxın Şərqdəki son prosesləri müzakirə edib.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

İran XİN rəhbəri bildirib ki, Romaya səfəri zamanı Papa Fransisklə görüşündə Yaxın Şərqdəki son prosesləri, Fələstin məsələsini, ABŞ-ın İrana, Livan və Suriyaya əsassız sanksiyalarını müzakirə edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan da Roma Papası ilə danışıb və İsrailin Qəzzaya hücumunun dayandırılması ilə bağlı addımların atılmasını istəyib.

Eyni zamanda İranın dini-elmi təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi də İsrailin Qəzzaya hücumları və əl-Əqsaya təcavüzlərinin dayandırılması ilə bağlı Roma Papasına məktub yazıb.

Mənbə:
0
3175
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar