• Şikayət et

Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün ..."

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub: "Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq".

Mənbə:
0
48
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar