• Şikayət et

Dünyada COVID-19-dan ölənlərin sayı azalıb

Son bir həftə ərzində 3,7 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölənlərin sayı isə 11 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Bildirilib ki, keçən həftə, mayın 16-dan mayın 22-dək, "yanvardakı yüksək göstəricilərdən sonra [COVID-19-un yeni yoluxma hallarında] azalma tendensiyası davam etdi".

Xəstəlik 3 faiz, ölüm isə 11 faiz azalıb. ÜST-ə 3 721 079 infeksiyaya yoluxma və 9 440 ölüm faktı barədə məlumat daxil olub.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!
Mənbə:
0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar