• Şikayət et

Ərdoğan İsrailin Qüdsdəki hücumlarını terror aktı adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbas və Həmas-ın siyasi bürosunun rəhbəri İsmayıl Heniye ilə danışıqlar keçirib.

İnterAz xəbər verir ki, hər iki telefon söhbətində İsrailin Məscidi əl-Əqsaya və fələstinlilərə hücumu müzakirə edilib.

Ərdoğon, İsrailin Qüdsdəki hücumlarını "terror" aktları adlandırıb və sadəcə müsəlmanların deyil, bütün insanlığın vicdanını yaralayan bü hücumların və fələstinlilərə edilən zülmü ən kəskin şəkildə pisləyib.

İsrailin terrorizmi və işğalını dayandırmaq üçün bütün dünyanı, xüsusən İslam dünyasını səfərbər etmək üçün əllərindən gələni edəcəklərini vurğulayan Prezident Ərdoğan, Türkiyənin daima Fələstinin mübarizəsinin dəstəkçisi olmağa, fələstinli qardaşlarının yanında olmağa və Qüdsün ləyaqətini qorumağa davam edəcəyini bildirib.

Mənbə:
0
3135
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar