• Şikayət et

II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza ötürür

Böyük Britaniya kraliçası II Elizabet öz səlahiyyətlərinin bir hissəsini taxtın varisi, Uels şahzadəsi Çarlza keçir.

"Report" xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri məlumat yayıb.

Nəşr 10 ildən artıq müddətdə ilk dəfə Bukingem sarayı tərəfindən monarxın rəsmi vəzifələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edildikdən sonra belə qənaətə gəlib. Əvvəllər siyahıya baş nazirin təyin edilməsi, parlamentin yeni sessiyalarının açılışında iştirak, dövlət səfərləri və belə səfərlər zamanı Böyük Britaniyaya səfər edən digər dövlətlərin yüksək vəzifəli şəxsləri ilə görüşlər daxil idi.

May ayında 73 yaşlı şahzadə Çarlz ilk dəfə parlament iclasının açılışında II Elizabeti əvəz edib. Kraliça 59 ildən sonra ilk dəfə bu mərasimdə iştirak etməyib.

96 yaşlı kraliça bel ağrısı və diskomfortdan əziyyət çəkir. Ötən ilin oktyabrında II Elizabet səkkiz ildə ilk dəfə xəstəxanaya yerləşdirilib və bir gün xəstəxanada qalıb, bu da tibbi müayinənin zəruriliyi ilə izah edilib. Bundan sonra həkimlərin təkidi ilə kraliça müvəqqəti olaraq uzaq səfərlərdən imtina edib, ictimai tədbirlərə qatılma ehtimalı xeyli azalıb və uzun illərdən sonra ilk dəfə olaraq xalq qarşısına əsa ilə çıxmağa başlayıb.

Mənbə:
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar