Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən bakteriya növlərindən biri Mars planetində sağ qala bilər. Alimlər müəyyən müddət ərzində çay göbələyini analiz ediblər. Bu üsul ilə onlar çay göbələyinin tərkibini təşkil edən bakteriyaların Mars şəraitində sağ qala bilib-bilməyəcəklərini öyrənməyə çalışıblar. Çay göbələyi məşhur içki növüdür və o, maya göbələkləri və müxtəlif bakteriyaların istifadəsi ilə hazırlanır. Faktiki olaraq sözügedən içki simbiotik orqanizmlərdən ibarətdir. Aparılmış yeni tədqiqat onu göstərib ki, çay göbələyinin tərkibinə daxil olan bakteriya növlərindən biri süni şəkildə yaradılmış Mars şəraitində sellüloza ifraz edərək sağ qala bilib.

Çay göbələyinin tərkibinə daxil olan digər bakteriyalar isə məhv olublar. Bir neçə il bundan öncə çay göbləyi BKS-dəki (Beynəlxalq Kosmik Stansiya) tədqiqatlarda istifadə edilmişdi. Həmin vaxtda alimlər anlamaq istəyirdilər ki, çay göbələyini təşkil edən orqanizmlər və onların geniş strukturları Yer kürəsindən tamamilə fərqli şəraitə necə reaksiya verəcəklər? Kosmosda keçirilmiş təcrübələrdən sonra çay göbələyinin tərkibini təşkil edən orqanizmlər Yer kürəsinə geri göndərilmiş və Yer kürəsində xüsusi laboratoriya şəraiti çərçivəsində yaradılmış Mars şərtləri altında həmin orqanizmlər üzərində təcrübələr davam etmişdi.

“Bizim tədqiqatımız onu göstərib ki, çay göbələyini təşkil edən mikroblar naməlum şəraitdə ciddi şəkildə zərər çəkiblər. Lakin sellüloza ifraz edə bilən Komagataeibacter adlı bakteriya növü sağ qalmağı bacarıb” - deyə alimlərdən biri qeyd edib. Alimlərin fikirlərinə əsasən sözügedən bakteriya növünə tamamilə fərqli şəraitdə sağ qalmağa yardım olan faktor məhz sellülozadır. “Biz düşünürük ki, sellüloza yadplanetli həyat növünün axtarışlarında istifadə edilə biləcək faktorlardan biridir” - deyə alimlər qeyd ediblər.

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmçinin Galaxy Watch 5 smart saat seriyasını və naqilsiz Galaxy Buds 2 Pro qulaqlıqlarını təqdim edib. İlk öncə Galaxy Watch 5 smart saat seriyasından başlayaq. Sözügedən seriyaya 3 smart saat modeli daxildir. 40 və 44 mm ölçüyə sahib adi Galaxy Watch 5 və 45 mm ölçüyə sahib Galaxy Watch 5 Pro. Təqdim edilmiş bu smart saatlar Google şirkətinin Wear OS əməliyyat sisteminin ən son versiyası vasitəsilə çalışırlar, istifadəçinin fiziki aktivliyini daha dəqiq şəkildə izləyirlər və əvvəlki Galaxy Watch modellərindən fərqli olaraq bir dəfə şarj olunandan sonra daha çox çalışa bilirlər.

Galaxy Watch 5 seriyasına daxil olan smart saatlar istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçən 3 ayrı-ayrı sensoru özündə birləşdirən Samsung BioActive Sensor adlı modul ilə təchiz olunur. Bu modul özündə qandakı oksigen miqdarını, ürək döyüntülərinin tezliklərini və stress səviyyəsini ölçən 3 müxtəlif sensoru özündə birləşdirir. Ölçü dəqiqliyi əvvəlki Galaxy Watch modellərindən fərqli olaraq daha yüksək olmalıdır. Belə ki, Galaxy Watch modellərində ölçmə ilə məşğul olan səthin sahəsi daha da genişlənib. Bu smart saatlar həmçinin elektrokardioqrafiyanı reallaşdıra və qan təzyiqinin monitorinqini apara bilərlər. Yeni smart saatların daha bir maraqlı özəlliklərindən biri də onların yuxu zamanı istifadəçinin xorultusunu təyin edə bilmələrindədir.

Əvvəldə də qeyd edildiyi kimi adi Galaxy Watch 5 modelləri iki versiyada təqdim olunurlar. Onlardan biri 40 mm, digəri isə 44 mm ölçüyə sahibdir. 40 mm ölçüyə sahib model 396x396 piksel keyfiyyətli 1.2 düym Super AMOLED, 44 mm ölçüyə sahib model isə 450x450 piksel keyfiyyətli 1.4 düym Super AMOLED ekran ilə təchiz olunub. Galaxy Watch 5 Pro modelinə gəldikdə o, 44 mm ölçülü adi Galaxy Watch 5 modelinin ekranını əldə edib. Yəni piksel keyfiyyəti ilə ekran ölçüsü eynidir. Sözügedən smart saatlar 2 nüvəli Exynos W920 prosessoru, 1.5 GB RAM və 16 GB daxili yaddaş həcmi ilə təchiz olunublar. Hər 3 modeldə yaqutdan hazırlanmş şüşə materialdan istifadə edilir.

Bununla belə adi Galaxy Watch 5 modellərinin gövdələri gücləndirilmiş alüminumdan hazırlandığı bir vaxtda Galaxy Watch 5 Pro-nun gövdəsi titandan hazırlanıb. Hər 3 model IP68 standartı üzrə sudan və tozdan qorunur. 40 mm ölçüyə sahib Galaxy Watch 5 284 mAh, 44 mm ölçüyə sahib Galaxy Watch 5 410 mAh, 45 mm ölçüyə sahib Galaxy Watch 5 Pro isə 590 mAh enerji tutumlu batareyaya sahibdir. Adi modellər 40 saat ərzində çalışa bilirlər. Pro model isə 80 saat ərzində çalışa bilir. Bundan əlavə olaraq Samsung qeyd edib ki, Pro modeldə sürətli şarj texnologiyası reallaşdırıb. Bunun sayəsində Pro model 45% enerjini 30 dəqiqə ərzində yığa bilir. Pro modelin daha bir fərqləndirici tərəfi ondan ibarətdir ki, o, insan bədəninin temperaturunu ölçə bilir və ona GPS modul inteqrasiya edilib. Galaxy Watch 5 smart saatları 26 avqust tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 40 mm-lik Galaxy Watch 5 - 299 avro

- LTE-yə sahib 40 mm-lik Galaxy Watch 5 - 349 avro

- 44 mm-lik Galaxy Watch 5 - 329 avro

- LTE-yə sahib 44 mm-lik Galaxy Watch 5 - 379 avro

- 45 mm-lik Galaxy Watch 5 Pro - 469 avro

- LTE-yə sahib 45 mm-lik Galaxy Watch 5 Pro - 519 avro.

İndi isə keçək naqilsiz Galaxy Buds 2 Pro qulaqlıqlarına. Sözügedən qulaqlıqlar flaqman qulaqlıqlardır və əvvəlki Galaxy Buds Pro-dan fərqli olaraq onlar daha kompakt ölçüyə sahibdirlər, səsin kinematoqrafik həcmdə səsləndirilməsini təmin edirlər və 29 saat ərzində çalışa bilirlər. Samsung yeni Galaxy Buds 2 Pro qulaqlıqlarının erqonomik formalarını təkmilləşdirib. Bunun hesabına qulaqlıqlar istifadəçi qulaqlarından düşmürlər və qulaqlarda fırlanmırlar. Qulaqlıqların gövdələri həmçinin IPX7 standartı üzrə sudan qorunurlar. Galaxy Buds 2 Pro 24 bit-lik səsin dəstəyinə sahibdir. Bu isə öz növbəsində qulaqlıqlara səsin daha geniş dinamik diapazonda təqdim edilməsini və 360 dərəcəlik məkan səslənməsini təmin edir.

Bu hər iki funksiya yalnız Galaxy seriyasına daxil olan smartfon və ya planşet modelləri ilə birgə çalışan zaman işə düşür. Əvvəlki Galaxy Buds Pro-da olduğu kimi Galaxy Buds 2 Pro modelində də ətraf səs-küyün aktiv boğulması və şəffaf funksiya mövcuddur. Qulaqlıqlar müxtəlif cihazlara Bluetooth 5.2 texnologiyası vasitəsilə qoşulur. Samsung-un verdiyi məlumata əsasən ətraf səs-küyün aktiv boğulması funksiyasının deaktiv olduğu halda Galaxy Buds 2 Pro 8 saat ərzində, bu funksiyanın aktiv olduğu halda isə 5 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində sözügedən göstəricilər 29 saat və 18 saat təşkil edirlər. Galaxy Buds 2 Pro 26 avqust tarixində 229$ qiymətində satışa çıxacaq.

İnternet məcrasında və rəqəmsal dünyada başımıza gələcək ən pis hadisələrdən biri də şəxsi məlumatlarımızın, yazışmalarımızın, brauzer tarixcələrimizin başqaları tərəfindən görülməsi və internetə sızdırılmasıdır. Bu mövzuda 10-larla mif olsa da, təəssüf ki, Facebook, Google, WhatsApp, Instagram kimi nəhənglər bizə tam güvən verə bilmirlər. Çünki elə bu şirkətlər bizim məlumatları 3-cü tərəflərə satmaqla pul qazanırlar. Amma bütün bunları düşünən, məlumatları satmadan da xidmət verməyi bacaran tətbiq və həllər var. Azercell-in təqdimatında bu dəfə Tech-Help-də 3 faydalı, təhlükəsiz və məlumatlarımızı götürməyən tətbiqdən danışırıq.

Nömrə 1: Brave internet brauzeri: Google Chrome və digər məşhur internet brauzlərindən fərqli olaraq brave sizi izləmir, daxil olduğunuz saytları yadddaşda saxlamır, maraqlarınızı qeydə almır. Bu brauzerin digər brauzerlərdən əsas fərqi blok zinciri texnologiyası üzərində qurulmasıdır. Yəni mərkəzi olmayan bir sistemə sahibdir. Əlavə olaraq bu brauzerin pop-up reklam bloklama özəlliyi var. Bununla saytlarda qarşınıza çıxan reklamlar avtomatik bloklanır. Ən yaxşı tərəfi isə bu brauzerdə özünün təklif etidyi reklamları izlədikcə, sizə rəqəmsal pul verilir. Brave aylıq 52 milyondan çox aktiv istifadəçiyə sahibdir. Bir qeydi də nəzərinizə çatdırım ki, brave açıq qaynaq bir brauzerdir və xromium mühərriki üzərində yığılıb.

Nömrə 2: WhatsApp alternativi Signal: Hətta, Elon Muskın belə məsləhət görüb, istifadə etdiyi bir tətbiqdən danışırıq. Signal digər messenger platformalarından fərqli olaraq “Signal Foundation” qeyri-kommersiya qurumu tərəfindən təqdim olunur. Yəni bu adamların məqsədi istifadəçilərin məlumatları ilə pul qazanmaq deyil. Burada göndərilən mesajlar, fayllar, audio qeydlər və şəkillər ucdan-uca şifrələnmiş formada qarşı tərəfə ötürülür və qəbul dilir. Elə bu səbəbdən də tətbiqin əsas sloqanı “məxfiliyi özünlə götür, hər mesajda özün ol”-dur. Signal-da qeydiyyatdan keçmək üçün sadəcə işlək bir mobil nömrəyə ehtiyac var. Qalan bütün proseslər adi messenger tətbiqlərində olduğu kimidir. Siganlı güvənilir edən isə onun kodlarının açıq qaynaq olamsıdır. Beləcə hər kəs bu tətbiqin kodlarını nəzərdən keçirə bilər. Özlərinin dediyi kimi bu tətbiq digər mesajlaşma xidmətlərindən fərqli olaraq istifadəçi siyahılarını, qrup simvollarını və adlar kimi metadata-ları izləmir.

Nömrə 3: KYMS Calculator: Adı kalkulyator olsa da, bu tətbiqin əsas işi sizin smartfonda olan foto, video və digər faylları hərbi səviyyədə istifadə olunan AES metodu ilə şifrələməkdir. Tətbiqin giriş ekranında başqları daxil olanda bu tətbiqin kalkulyator olduğu düşünülsün deyə kalkulyator ekranı açılır. Və işin maraqlı tərəfi odur ki, kalkulyator olaraq da çox əla işləyir. Taa ki, siz əvvəlcədən təyin etiyiniz kodu kalkulyatora yığana qədər. Həmin kodu yığıb bərabərdir işarəsinə basdıqda, boom - gizli qovluqlar açılır. Hətta tətbiqin daxilində gizli internet brauzer də var. Bura tamam başqa bir dünyadır. Hər şey burada şifrəlidir. Telefonunuzu əlinə alan adam burada belə bir qovluq olduğunu heç vaxt bilməyəcək.

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 4-ü və Galaxy Z Flip 4-ü təqdim edib. İlk öncə Galaxy Z Fold 4-dən başlayaq. Sözügedən smartfon xarici görünüşcə Galaxy Z Fold 3-dən minimal dərəcədə fərqlənsə də, texniki göstəricilər baxımından tamamilə başqa smartfondur. Belə ki, Galaxy Z Fold 4 modeli təkmilləşdirilmiş şarnir konstruksiyasına və güclü texniki göstəricilərə sahibdir. Galaxy Z Fold 3-dən fərqli olaraq Galaxy Z Fold 4 modeli daha kompakt ölçüdə reallaşdırılıb və daha yüngüldür. Bu isə smartfona daha nazik şarnirin və ekran çərçivələrinin əlavə edilməsi hesabına mümkün olub. Galaxy Z Fold 4 modeli 1-120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED 2X ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.2 düym xarici Dynamic AMOLED 2X ekran ilə təchiz olunub.

Smartfonun şarnir qapağı gücləndirilmiş alüminiumdan hazırlanıb, xarici ekranı isə Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Daxili ekranda ön kamera ekranın alt hissəsinə yerləşdirilib və onu görmək elə də asan deyil. Onu da qeyd etmək lazımdır ki, gövdə IPX8 standartı üzrə sudan qorunur. Galaxy Z Fold 4 özündə Dolby Atmos dəstəkli stereo səsgülcəndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Əsas texniki göstəricilər baxımından smartfon 8 nüvəli Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 256 GB/512GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya, Dual Pixel avtofokus sistemi) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.4 diafraqma, 3 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kamera, 10 MP-lik xarici ön kamera, 4 MP-lik daxili ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Bundan əlavə olaraq smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Smartfon One UI 4.1.1 interfeysli Android 12L əməliyyat sistemi vasitəsilə çalışır və S Pen stilusunun dəstəyinə sahibdir. Android 12L məhz böyük ekranlı cihazlar üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Galaxy Z Fold 4 modeli 26 avqust tarixində satışa çıxacaq. 256 GB yaddaşa sahib versiya 1799 avroya, 512 GB yaaddaşa sahib versiya 1919 avroya, 1 TB yaddaşa sahib versiya isə 2159 avroya satılacaq.

İndi isə keçək Galaxy Z Flip 4 smartfonuna. Galaxy Z Flip 4 modeli xarici görünüşcə keçən ilki Galaxy Z Flip 3 modelinə bənzəsə də, təkmilləşdirilmiş texniki göstəricilər baxımından ondan fərqlənir. Keçən ilki modeldə olan üstünlükləri özündə qoruyub saxlamaqla yanaşı Galaxy Z Flip 4 daha güclü və kompakt ölçülü olub. Galaxy Z Flip 4 modeli 1-120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1080 piksel keyfiyyətli 6.7 düym daxili Dynamic AMOLED 2X ekran və 512x260 piksel keyfiyyətli 1.9 düym xarici Dynamic AMOLED 2X ekran ilə təchiz olunub. Daxili ekran Ultra Thin Glass adlı qoruyucu örtüklə, xarici ekran isə Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə edilib. Daxili ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Bununla yanaşı smartfon özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir və onun gövdəsi IPX8 standartı üzrə sudan qorunur. Smartfonun xarici ekranı daxil olan zəngləri və bildirişləri əks etdirə və Always on Display rejimində zamanı və digər faydalı məlumatları təqdim edə bilir. Əsas texniki göstəricilər baxımından Galaxy Z Flip 4 modeli Snapdragon 8+ Gen 1 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 12 MP-lik (f/2.2 diafraqma, 80 dərəcə bucaq əhatəsi) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Smartfon One UI interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy Z Flip 4-ün satışlarına Galaxy Z Fold 4 ilə birlikdə start veriləcək. 128 GB yaddaşa sahib versiya 1099 avroya, 256 GB yaddaşa sahib versiya 1159 avroya, 512 GB yaddaşa sahib versiya isə 1279 avroya satılacaq.