• Şikayət et

İsrail ABŞ-ın Ukrayna istəyini rədd etdi

Berlinin Ukraynaya İsrail texnologiyası ilə istehsal edilmiş tank əleyhinə sistemlər verməsi ilə bağlı ABŞ-ın Təl-Əvivə müraciəti rədd edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, İsrailin Müdafiə Nazirliyinin baş direktoru Amir Eşel iki həftə öncə Vaşinqtona səfər edib.

Görüş zamanı ABŞ müdafiə nazirinin köməkçisi Kolin Kal Ukraynaya "Spayk" tank əleyhinə sistemlər göndərməsi ilə bağlı İsrailin Berlinə razılıq verib-verə bilməyəcəyini soruşub.

Eşel isə bu müraciətə rədd cavabı verib, Ukraynaya yalnız ölümcü olmayan silahlar veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən sistemlər Almaniyada İsrail texnologiyası ilə istehsal edilir. Almaniyadakı İsrail müəssisəsində istehsal edilən bu sistemlərin üçüncü ölkəyə verilməsi üçün İsrailin razılığı lazımdır.

Milli.Az

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar