• Şikayət et

İtaliya XİN rəhbəri: “Ukraynadakı müharibəyə diplomatik yolla son qoyulmalıdır”

“Ukraynadakı müharibəyə diplomatik yolla son qoyulmalıdır. Lakin Rusiya hakimiyyəti danışıqlar masasına oturmaq istəmir”.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.

“Diplomatik danışıqlar aparılır, lakin bütün vasitəçilik cəhdləri Vladimir Putinə görə uğursuzluqla nəticələnib”, - vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna özünü müdafiə etmək hüququna malikdir və ona dəstək verilməlidir.

Mənbə:
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar