"Kredit Servis" BOKT MMC 2022-ci ili 50,4 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 69,5 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması kredit portfelinin azalması ilə faiz gəlirlərinin azalmasından qaynaqlanır.
Marja xəbər verir ki, 2021-ci ildə "Kredit Servis" BOKT-un verilmiş kreditlərdən faiz gəlirləri 309,5 min manat ikən, 2022-ci ildə 267,9 min manata düşüb (13,4% azalıb).
Ötən il "Kredit Servis"in kredit portfeli 299,9 min manat və ya 30,4% azalaraq 985,9 min manata düüşb. Təşkilatın cəmi aktivləri isə 2021-ci ilin sonundakı 1 milyon 530 min manatdan 1 milyon 448 min manata geriləyib.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
Bu gün sosial şəbəkə səhifələrində “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlının videomüraciəti yayımlanıb. Rəhbəri olduğu şirkətin müflisləşməsində gömrük orqanlarını ittiham edən Arif Şəmistanlı mayın 12-də Dövlət Gömrük Komitəsinə dəvət edilib və müraciətində qaldırdığı məsələlər nəzərdən keçirilib. İlkin məlumata əsasən 2023-cü ildə “Mover” MMC sürətli daşımalarla az həcmdə məşğul olub və onun rastlaşdığı çətinliklər daha əvvəlki illərə təsadüf edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək təklifi alıb. İyunun 3-də Nikol Paşinyan Ankaraya yola düşəcək”, - məlumatda belə deyilir.
Türkiyə Prezidentinin inauqurasiya mərasimində Paşinyanın mümkün iştirakı barədə NTV telekanalı da məlumat verib.
XXX
Ermənistan Baş naziri Nikol Paşinyan Ankaraya səfər edə bilər.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, Paşinyanın sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyi bildirilir.
ABŞ Əmək Nazirliyi may ayı üzrə məşğulluq hesabatını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə kənd təsərrüfatı xaric sektorlarda məşğulluq may ayında 339 min nəfər artıb. Bu dövrdə məşğulluğun 195 min nəfər artması gözlənilirdi.
May ayında məşğulluq peşəkar, işgüzar, elmi və texniki xidmət sahələrində artmaqda davam etmişdir.
İşsizlik nisbəti artıb
ABŞ-da işsizlik nisbəti may ayında 0,3 bənd artaraq 3,7 faizə yüksələrək 2022-ci ilin oktyabrından bəri ən yüksək həddə çatıb. Bazar proqnozu işsizlik nisbətinin 3,5 faiz olaraq açıqlanması istiqamətində idi.
Aprel ayında işsizlik səviyyəsi 3,4 faiz otəşkil etmişdi.
Digər tərəfdən, may ayında saatlıq maaş illik müqayisədə 4,3 faiz artıb. Bazar 4,4 faiz artım gözləyirdi.
Ölkədə işsizlərin sayı may ayında 440 min nəfər artaraq 6 milyon 97 min nəfərə yüksəlib. Bu dövrdə işçi qüvvəsində iştirak səviyyəsi dəyişməyərək 62,6% olub.
2 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” (Energy China International) şirkətinin baş vitse-prezidenti Xiaodan Lin ilə görüşüb.
Görüşdə SOCAR-ın fəaliyyət istiqamətləri, ölkə daxilində və xarici ölkələrdə həyata keçirilən investisiya layihələri, enerji keçidi ilə bağlı uzunmüddətli hədəflər və bərpa olunan enerji sahəsində görülən işlər haqqında məlumat verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
“Energy China International” şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi və Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olduğu qeyd edilib.
Görüş çərçivəsində bərpa olunan enerji layihələrinin inkişafı, tərəflər arasında təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
19 iyul 2023-cü il tarixində saat 11:00-da “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193) səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Bankın yaydığı məlumatda bildirilir ki, ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.
Gündəlik üzrə materialları “Azər-Türk Bank” ASC-dən əldə etmək olar.
19 iyul 2023-cü il tarixində saat 11:00-da “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193) səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Bankın yaydığı məlumatda bildirilir ki, Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.
Gündəlik üzrə materialları “Azər-Türk Bank” ASC-dən əldə etmək olar.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan biznes forumu keçirilib.
Rəsmi şəxslərin, Azərbaycan və Gürcüstan iş adamlarının iştirakı ilə keçirilmiş tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze imzalayıblar.
Memorandumda KOB sahəsində yeniliklərə dair məlumat və KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi, ticarət və innovasiya sahəsində sahibkarlar arasında əlaqələrin təşviqi, bu istiqamətdə müxtəlif platformaların yaradılmasına dəstək, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur.
Əmanətlərin Sığortalanması Fondunun məlumatı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.
Bildiririk ki, kompensasiyaların ödənilməsi "Bank Respublika" ASC vasitəsilə 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.
Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.
Qorunan əmanətçilər ərizə formalarını 19 iyun 2023-cü il tarixdən etibarən "Bank Respublika" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.gov.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respublika" ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcəkdir.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.www.adif.gov.az
Elşən Abdullayev “Rabitəbank” ASC-nin İcraçı direktoru (Biznes Bankçılığı üzrə) vəzifəsinə təyin edilib.
O, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili alıb.
Qeyd edək ki, Elşən Abdullayev 2006-ci ildə əmək fəaliyyətinə “AccessBank” QSC-də başlamış, 2018-ci ildən “Bank Respublika” ASC-də, 2022-ci ilin fevral ayından isə “TuranBank” ASC-də davam etdirmiş. 13.10.2022-ci il tarixdən o, “Rabitəbank” ASC-də Biznes bankçılığı departamentinin direktoru vəzifəsinə işə qəbul edilib.
Ermənistan Baş naziri Nikol Paşinyan Ankaraya səfər edə bilər.
Bu barədə NTV telekanalı məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Telekanalın xəbərinə görə, Paşinyanın sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəyi bildirilir.
İlkin Cavadov Amerikanın ən böyük kibertəhlükəsizlik Konfrasında (DefCon) çıxış edəcək.
Bu barədə Marja-ya o özü məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edib ki, Azərbaycandan, bu kibetəhlükəsizlik üzrə beynəlxalq tədbirdə öz bacarıqlarını nümayiş etdirmək üçün təklif alan ilk Azərbaycanlıdır.
(®) 31 may-2 iyun tarixlərində Bakı Enerji Həftəsinin əsas sponsorlarından biri olan Kolin İnşaat 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 28-ci Bakı Enerji Forumunda iştirak edib.
"Koloğlu Holding"in tərkib hissəsində olan qrup şirkətləri və 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərən "Kolin İnşaat" Beynəlxalq Xəzər Neft və Qaz sərgisində enerji, neft və qaz sektorunda investisiyadan istehsala, inşaatdan enerjinin paylanmasına bir çox strateji layihələri ilə stenddə təmsil olunur.
30-dan çox ölkənin təmsil olunduğu və regionda neft-qaz sənayesinin əsas tədbiri olan sərgi stendində tikinti və enerji sahəsində layihələri iştirakçılar və ziyarətçilərə nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə "Kolin İnşaat" stendində dövlət və özəl sektor nümayəndələri ilə mütəmadi işgüzar görüşlər keçirilib və danışıqlar aparılıb.
"Kolin İnşaat" həmçinin Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunan və ənənəvi olaraq 600-dən çox nümayəndə iştirak edən Bakı Enerji Forumunda əsas tərəfdaş olaraq iştirak edir.
Tədbirin ilk günündə "Kolin İnşaat" şirkətinin tərəfdaşlığı ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar və Analiz üzrə Direktoru Prof. Damyan Krjeviç Mişkoviç və Enerji və Davamlı İnkişaf Proqramının Baş Elmi İşçisi Əhməd Hümbətovun iştirak etdiyi “Xəzər regionunun yaşıl enerji potensialı” mövzusunda sessiya keçirilib və bərpa olunan enerji ilə bağlı mütəxəssislərin təqdimatları maraqla qarşılanıb.
(®) 31 may-2 iyun tarixlərində Bakı Enerji Həftəsinin əsas sponsorlarından biri olan Kolin İnşaat 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 28-ci Bakı Enerji Forumunda iştirak edib.
"Koloğlu Holding’"in tərkib hissəsində olan qrup şirkətləri və 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərən "Kolin İnşaat" Beynəlxalq Xəzər Neft və Qaz sərgisində enerji, neft və qaz sektorunda investisiyadan istehsala, inşaatdan enerjinin paylanmasına bir çox strateji layihələri ilə stenddə təmsil olunur.
30-dan çox ölkənin təmsil olunduğu və regionda neft-qaz sənayesinin əsas tədbiri olan sərgi stendində tikinti və enerji sahəsində layihələri iştirakçılar və ziyarətçilərə nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgidə Kolin İnşaat stendində dövlət və özəl sektor nümayəndələri ilə mütəmadi işgüzar görüşlər keçirilib və danışıqlar aparılıb.
"Kolin İnşaat" həmçinin Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunan və ənənəvi olaraq 600-dən çox nümayəndə iştirak edən Bakı Enerji Forumunda əsas tərəfdaş olaraq iştirak edir.
Tədbirin ilk günündə "Kolin İnşaat" şirkətinin tərəfdaşlığı ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar və Analiz üzrə Direktoru Prof. Damyan Krjeviç Mişkoviç və Enerji və Davamlı İnkişaf Proqramının Baş Elmi İşçisi Əhməd Hümbətovun iştirak etdiyi “Xəzər regionunun yaşıl enerji potensialı” mövzusunda sessiya keçirilib və bərpa olunan enerji ilə bağlı mütəxəssislərin təqdimatları maraqla qarşılanıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında aylıq müqayisədə 2,6%, illik müqayisədə isə 22,1 faiz azalaraq orta hesabla 124,3 bənd olub.
Beləliklə, qlobal ərzaq qiymətləri son iki ilin ən aşağı səviyyəsinə düşüb.
May ayında bitki yağları, dənli bitkilər və süd məhsullarının qiymət indekslərində əhəmiyyətli azalmalar, şəkər və ət indekslərində isə artımlar baş verib.
FAO-nun Taxıl Qiyməti İndeksi aylıq 4,8 faiz, illik isə 25,3 faiz azalıb. Beynəlxalq buğda qiymətləri qarşıdan gələn 2023/24 mövsümündə daha yüksək qlobal tədarükün gözlənilməsi və Qara Dəniz Taxıl Müqaviləsinin uzadılması səbəbindən aylıq 3,5 faiz düşüb. Mayda dünya qarğıdalı qiymətləri 9,8 faiz ucuzlaşıb.
FAO Bitki Yağı Qiymətləri İndeksi may ayında aylıq 8,7 faiz, illik isə 48,2 faiz geriləyib. İndeksin davamlı azalması palma, soya və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsini əks etdirir.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi may ayında aylıq 3,2 faiz, illik 17,7 faiz azalıb. May ayında azalmaya şimal yarımkürəsində mövsümi yüksək süd istehsalı fonunda ehtiyatlar da daxil olmaqla, bol ixrac imkanları fonunda beynəlxalq pendir qiymətlərinin kəskin düşməsi səbəb olmuşdur.
FAO Ət Qiyməti İndeksi isə may ayında aylıq 1% artaraq orta hesabla 117,9 bəndə yüksələrək dörd ay ardıcıl olaraq yüksəliş trendini qoruyub. İndeks illik müqayisədə 4,1 faiz azalıb. Xüsusilə Asiyadan yüksək idxal tələbinin davam etməsi və geniş yayılmış quş qripi epidemiyaları nəticəsində yarana biləcək qısamüddətli təchizat çətinlikləri ilə bağlı bəzi narahatlıqlar fonunda beynəlxalq quş əti qiymətləri may ayında daha da artıb. Qlobal mal ətinin qiymətlərində məhdud artım müşahidə olunub.
FAO Şəkər Qiymət İndeksi də aylıq 5,5% artaraq, may ayında orta hesabla 157,6 bənd təşkil edib. Məhsul ilə bağlı artan narahatlıqlar may ayında beynəlxalq şəkər qiymətlərinin artmasına səbəb olub.
Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 ton artırılaraq, 31 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb və onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi yekunlaşmaq üzrədir.
Rayonun Mazıx kəndində kümçü İlham Bağırovun ailə təsərrüfatında olub, ipəkqurdunun yemlənməsi prosesini izləyib.
Ailə ikinci ildir ki, baramaçılıqla məşğuldur. Ötən il Bağırovlar ailəsi 35 qram ipəkqurdu bəsləyib, 130 kiloqram yaş barama istehsal edib. Ailə qısa müddətdə baramaçılıqdan 1400 manatdan çox gəlir qazanıb. Kümçü ailəsi cari mövsümdə ötən ildəkindən 3 dəfəyədək çox, yəni 110 qram ipəkqurdu bəsləyir. İpəkqurdunun yemlənməsi prosesində ona kənd sakini Hidayət də yaxından kömək edir. Təsərrüfat sahibi ipəkqurdunun bəslənməsi üçün yardımçı tikilidə xüsusi yer ayırıb, rəflər quraşdırıb. Kümçü ailəsi ipəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağını həyətlərindəki, həmçinin kənd ərazisindəki tut ağaclarından tədarük edir.
“Əziyyəti çox olsa da, baramaçılıq sərfəli və gəlirli sahədir. Gərək ipəkqurdunun yemlənməsi prosesinə və kümxanada temperatur rejiminə düzgün əməl edəsən. Bu il azından 300-350 kiloqram yaş barama istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bir həftədən sonra baramamız hazır olacaq. Hər şey istədiyimiz kimi olsa, bu il ailəmizin büdcəsinə daha çox vəsait daxil olacaq”, - deyə İlham Bağırov vurğulayıb.
Kümçü söhbət əsnasında bildirib ki, yaş baramanın alış qiyməti bir-iki manat da artırılarsa, kənd adamlarının bu sahəyə marağı daha da artar.
Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Təsərrüfatda olarkən kəndin ərazi icra nümayəndəsi Nüşabə Məmmədova ilə qarşılaşırıq. Nümayəndənin sözlərinə görə, ötən il kənddə 4 kümçü ailəsi ipəkqurdunun bəslənməsi ilə məşğul olub, onlara 228 qram ipəkqurdu toxumu verilib, 578 kiloqram yaş barama istehsal edilib. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan, ümumilikdə, 6 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə isə kənd üzrə 9 kümçüyə 205 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 600 kiloqramdan çox olacağı gözlənilir.
© Azərtac
(®) Hər zaman gənclərin uğurlu karyera qurmalarına dəstək olan “Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN) -nin təmsilçiləri “Xilaskar” adlı esse müsabiqəsi ilə bağlı Bakı Dövlət Universitetinin, Bakı Salvyan Universitetitinin və Azərbaycan Dillər Universitetinin jurnalistika fakültələrində məlumatlandırma sessiyaları təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi çərçivəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün elan olunan bu müsabiqə Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub. Fakültələrin gənc tələbələrinə müsabiqə haqqında məlumat verən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz bu əlamətdar tarixdir.
Qeyd edək ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı olaraq tələbələrə dəstək olur, yetişən gənc jusrnalistlər üçün gələcək karyeralarında mühüm rol oyanacaq təcrübə qazanmaq imkanını yaradır. Bu əlamətdar tarix də bütün Azərbaycan xalqı üçün əzizdir.
Jurnalistika fakültəsində oxuyan tələbələr hazırladıqları məqalələrini iyun ayının 10-dək müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində açıqlanacaq.
Müsabiqənin şərtləri:
1.Müsabiqədə yalnız jurnalistika ixtisası üzrə hazırda bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
2.İştirak etmək istəyənlər təqdim etdiyimiz link-ə daxil olub göstərilən müraciət formasını dolduraraq, mövzu üzrə məqalələrini göndərə bilərlər: https://bit.ly/42nYM5K
Yazılar aşağıdakı tələblərə cavab verməlidir:
-Azərbaycan dilində və “Times New Roman” şrifti ilə 12 ölçüdə hazırlanmalı;
-Yazı maksimum 3 səhifə və 1500 söz həcmində olmalıdır;
-Yazılarda Milli Qurtuluş Gününün mahiyyəti, tarixi, bugünkü nəticələri barədə fikir və mülahizələr, şərhlər, arqumentlər, statistik göstəricilər əks etdirilə bilər.
-Eyni məzmunlu və fərqli müəlliflərə aid yazılardan istifadə edilməməlidir.
Bildirilir ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq.
Maliyyə naziri Samir Şərifov qeyri-neft gəlirlərinə diqqət yetirməyi vacib sayır.
Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında deyib ki, Dövlət Vergi Xidmətinin bütün il üçün olan proqnozu ilin ilk rübündə həyata keçirməsi əlavə dəyər vergisi ilə bağlıdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Nazir qeyd edib ki, gömrüklə bağlı da riyazi yanaşma düzdür: "Ötən il gömrük rüsumlarından da daxilolmalar çox yüksək olmuşdu. Buna səbəb islahatlardır. Amma cari il də proqnozumuz ötən ilin icrasından aşağı idi. Bununla əlaqədar nəzərə almalıyıq ki, bizdə gömrük rüsumundan azadolmalar kifayət qədər çoxdur. Azalma da bununla bağlıdır. Qeyri-neft gəlirlərimiz nə qədər çox olsa, bizim üçün yaxşıdır. Biz bu zaman neft gəlirlərimizə qənaət edib, Neft Fondundan transferti azalda bilərik".
© APA
İyunun 2-də Şərur rayonunda gücü 3 meqavat olan yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5,3 hektar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-quraşdırma işlərini həyata keçirib, stansiyada hər birinin gücü 330 Vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovatt olan 60 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovatt gücündə transformator yarımstansiyası quraşdırılıb. Stansiyada, ümumilikdə, 11 video-müşahidə kamerası qoyulub.
Səlahiyyətli nümayəndə günəş elektrik stansiyalarının qurulması ilə bərabər, enerji saxlanmasının vacibliyini xüsusilə, vurğulayıb.
Sonra stansiyaya baxış olub.
Qeyd olunub ki, mövcud 8 meqavat stansiyanın qapalı paylayıcı quruluşundan yeni 3 meqavat stansiyaya qədər 35 kilovoltluq əlaqələnmə güc kabeli və digər kommunikasiya kabelləri döşənib. Stansiyada daxilində 7 ədəd 35 kilovoltluq hücrələr olan ümumi qapalı paylayıcı quruluş tikilib. Şərur Günəş Elektrik Stansiyası 110/35/10 kilovoltluq “Şərur” yarımstansiyasından qidalanan 35 kilovoltluq “Arpaçay” hava elektrik verilişi xəttinə 2 dövrəli hava xətti ilə qoşulub. Stansiyanın layihə gücü 11 meqavata çatdırıldığı üçün il ərzində 16,5 milyon kilovatt-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 faizini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovatt-saata çatdırılacaq.
Bildirilib ki, “Pure Energy Development” SARL şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə “Mitsubishi L200” markalı avtomobil hədiyyə edilib.
Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər bölgələri ilə müqayisədə günəş radiasiyasının faizi olduqca yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanı, ümumilikdə, “yaşıl enerji” dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə strateji vəzifə kimi qoyub.
İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icracı direktoru Mişel Kalerami deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası üçün əlamətdar bir gündür: “3 meqavat gücündə Günəş Elektrik Stansiyası uğurla tamamlanaraq istifadəyə verilir. Bunun üçün Naxçıvan sakinlərini təbrik edirəm. Şirkətim adından Naxçıvan Muxtar respublikasında enerji sektoruna az da olsa töhfə verdiyim üçün məmnunluq ifadə etmək istərdim. 2015-ci ildən etibarən burada olmaqla bizim əsas hədəfimiz ən yüksəkkeyfiyyətli Avropa komponentləri ilə yüksək standartlara uyğun günəş elektrik stansiyalarının tikilməsi olub. Coğrafi mövqeyi və əlverişli iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda “Yaşıl enerji”nin toplanması olacaq. Azərbaycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcək. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür edir, əməkdaşlığımızın gələcəkdə də davam etməsini diləyirəm”.
Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.
© APA
Debitor borc deyəndə söhbət ondan gedir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişlər alırlar. Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bağlanan müqavilələr uzunmüddətli olduğu üçün məbləğ də böyük olur: “Müqavilələr 1-3 illik layihələrlə bağlı olduğu üçün böyük məbləğdə avans ödənilir, sonra kontrakt icra olunduqca bu, artıq balanslaşdırılır. Təxminən, biz bunu dövlət büdcəsi xərclərinin 7-8%-i səviyyəsində qiymətləndiririk. Maliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Bu problemi bilirik. Tam debitor borcların aradan qaldırılması qeyri-mümkündür. Amma bunun mərhələli şəkildə aradan qaldırılması istiqamətində addımlar atılacaq”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, debitor borcların olmasını 2 əsas səbəb istisna etmir: “Bunlardan biri qurum tərəfdən idarəetmə qərarlarının vaxtında verilməməsidir. Son dövrlərdə vaxtında icra olunmayan müqavilələrin həcmi artıb. Bu yoxlamalar zamanı ortaya çıxır”.
APA