CİNAYƏT İŞİ
Qısa arayış...
2020-ci il sentyabrın 18-də Xaçmaz rayonu ərazisində Bəykəs Yunusov və həyat yoldaşı Sona Yunusovanın yaşadıqları evdə silahdan açılan atəşlə qətlə yetirilmələri ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları ünvana gələrək, lazımi istintaq hərəkətlərini yerinə yetiriblər. Daha sonra isə 1974-cü il təvəllüdlü Rəhman Osmanov Xaçmaz rayon Polis Şöbəsinə gələrək qayınana və qayınatasını öldürdüyünü deyərək könüllü təslim olub.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Milli.Az lent.az-a istinadən həmin qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
Qətl olan ev
İstintaqla müəyyən edilib ki, Rəhman Osmanov nikahdan kənar qeyri-rəsmi arvadı Könül Yunusovanın onu tərk edib, atasının evinə getməsi ilə əlaqədar qayınatası Bəykəs Yunusovu, qayınanası Sona Yunusovanı və qaynı Cavid Yunusovu günahkar bilib. Rəhman adları çəkilən qohumlarının onun ailədaxili işlərinə müdaxilə edərək, həyat yoldaşını ondan ayırıb öz evlərinə apardıqları üçün qisas niyyəti ilə onları öldürmək qərarına gəlib. Bu məqsədlə avqust ayında yaşadığı Seyidli kəndindəki fərdi evin həyətində, mərhum atasından qalmış 16 kalibrli ov tüfənginin lüləsini kustar üsulla kəsərək ilkin təyinatını dəyişdirib. Sentyabrın 18-i səhər saat 6 radələrində yüngül dərəcəli sərxoş halında qayınatasının Ləcət kəndində yaşadığı evə gedib. Əvvəlcə odlu silahdan yaxın məsafədən qayınatasına, ardınca da qayınanasına atəş açıb. Bununla da hər ikisini xüsusi amansızlıqla öldürüb. Daha sonra vahid niyyətini başa çatdırmaq məqsədilə, yaxınlıqda yaşayan qaynı Cavid Yunusovun evinə yollanıb. Evin giriş qapısı bağlı olduğundan, fiziki güc tətbiq edərək qapını zorla açmağa çalışıb. Amma qapını aça bilmədiyindən, tüfəng kəsiyindən pəncərəni nişan alaraq 2 dəfə atəş açıb. Qırmalar Cavid Yunusova dəymədiyindən, Rəhman Osmanov onu öldürə bilməyib.
İş üzrə dindirilmiş Rəhman Osmanov bildirib ki, 1999-cu ildən qeyri-rəsmi Ləcət kənd sakini Könül Yunusova ilə yaşayıb. Onların qızları hazırda ərdədir və qonşu kənddə yaşayır:
"2020-ci il avqustun 23-də evdə olmadığım vaxt qayınanam Sona Yunusova və böyük qaynım evimə gəlib, məndən xəbərsiz arvadımı evlərinə aparıblar. Bununla əlaqədar Cavidə zəng etsəm də, o, zəngimə cavab vermədi. Bir neçə gün Könülün evə qayıtmasını gözləsəm də, o, geri qayıtmadı. Buna görə bu məsələyə bir dəfəlik son qoymağı qərarlaşdırdım. Əsas günahkarlar qayınatam, qayınanam və qaynım idi. Onlar daim mənim ailədaxili işlərimə müdaxilə edərək, ailəmi dağıtmağa çalışırdılar. Tüfəngin lüləlisini kəsməkdə məqsədim onu çantada rahat daşımaq idi. Sentyabrın 18-i gecə saat 3 radələrində içkili vəziyyətdə silahı və 8 ədəd patronu qara rəngli idman çantasına qoyub, qayınatamın yaşadığı evə yollandım. Evin qarşısında tüfəngi və patronları çantamın içərisindən çıxardım. Bir neçə saat həyətdəki talvarın altında oturub onların yuxudan oyanmasını gözlədim. Saat 6-da 2-ci mərtəbəyə qalxıb kiçik qaynım Firuzun yatdığı otağa keçdim. Firuzu yuxudan oyadıb bacısının harada olduğunu soruşanda o, bacısının evdə olmadığını dedi. Firuzdan siqaret götürüb yenidən həyətə düşdüm. 1-ci mərtəbədə qayınana və qayınatamın otağına daxil olub. Könülün harada olduğunu soruşdum. Onlar Könülün başqa yerdə olduğunu söylədikdə, hər ikisinə iradımı bildirdim. Əvvəlcə qayınatamın, sonra da qayınanamın sinəsinə yaxın məsafədən atəşlər açdım. Səsi eşidən arvadım otağa girdi və yerə yıxılmış ata-anasını gördü. Qaynım Firuz Könülə dedi ki, dərhal buradan qaçsın. Evdən çıxıb arvadımın arxasınca getdim. Təxminən 60 metr aralıda yerləşən böyük qaynım Cavidin yaşadığı evin yanına çatdım. Könül qaçaraq evə daxil oldu və qapını arxadan kilidlədi. Güclə qapının tutacağını özümə tərəf dartsam da, qapını aça bilmədim. Silahdan evin pəncərəsinə 2 dəfə atəş açdım. Həmin vaxt evdə Cavid, arvadı, uşaqları və Könül var idi.
Bundan sonra, hadisə yerindən uzaqlaşıb Ləcət kəndindəki dəmiryol stansiyasına getdim. Orada qarşıma çıxan polis əməkdaşlarına törətdiyim hadisə haqda danışdım. Silahla qalan patronları onlara təhvil verdim. Bir azdan digər əməkdaşlar gəlib məni polis şöbəsinə apardılar".
Zərərçəkmiş şəxsin hüquqi varisi Firuz Yunusov ifadəsində göstərib ki, qətlə yetirilmiş şəxslər onun valideynləri olub:
"Yeznəm Rəhman Osmanov son illər mütəmadi spirtli içki qəbul etdiyi üçün arvadı Könüllə aralarında münaqişələri yaranırdı. Bu səbəbdən bacım bir neçə dəfə küsərək ata evinə gəlmişdi. Lakin ailə üzvləri onları barışdırırdılar. Rəhman üzrxahlıq edib Könülü evinə aparırdı. 2020-ci ilin avqust ayında bacım anama zəng edərək Rəhmanın onu incitdiyini və vəziyyətinin artıq dözülməz olduğunu dedi. Onu evimizə gətirməyi xahiş etdi. Anam bu barədə qardaşım Cavidə xəbər verəndən sonra, Seyidli kəndinə gedib Könülü öz istəyi ilə ata evinə gətirdilər. Könül 2-ci mərtəbədəki otaqda qalırdı. Sentyabrın 18-i səhər saat 6 radələrində yatdığım yerdə yeznəm otağa daxil olub məni yuxudan oyatdı. Könülün Rəhmanı görmək istəmədiyini bildiyim üçün ona yalandan bacımın evdə olmadığını dedim. Rəhman məndən siqaret alıb çölə çıxdı. Çox keçmədən həyətdən səs-küy səsləri eşidib 1-ci mərtəbəyə düşdü. Osmanovun tüfəngdən atəş açıb ata-anamı vurduğunu gördüm. Şoka düşüb nə edəcəyimi bilmədim. Yaxınlaşıb tüfəngi əlindən almaq istəyəndə Rəhman yaxınlaşmamağımı, əks halda məni də vuracağını dedi. İçəri girən bacım valideynlərini qan içində görüb, qorxaraq qardaşım Cavidin evinə qaçdı. Rəhman qardaşımın evinə atəş açdı. O, gedəndən sonra qapını döyüb Cavidə çölə çağırdım. Cavidlə birlikdə ata evimizə qayıtdıq. Qardaşım Daxili İşlər Nazirliyinin "102" xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat verdi. Yoxlayanda artıq anamın nəbzi yox idi. Lakin atam hələ yaşayırdı. Təcili Tibbi yardım briqadası atamı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmədilər. Həmin gün valideynlərimi kənd qəbiristanlığında dəfn etdik".
Şahid Könül Yunusova ifadəsində göstərib ki, yoldaşı Rəhmanın ona qarşı etdikləri haqsızlıqlar və zülmlərə tab gətirə bilməyib, bir dəfəlik ayrılmaq qərarına gəlib:
"Telefonla anama zəng edərək həyatımdan bezdiyimi, belə gedişlə özümə qəsd edəcəyimi söylədim. Anamdan gəlib məni ata evinə aparmalarını xahiş etdim. Onlar gələnə kimi öz əşyalarımı hazırladım. Həmin vaxtı ərim evdə yox idi. Sentyabrın 18-də səhər Rəhman ata evimə gələrək, valideynlərimi qətlə yetirdi. Yəqin ki, qardaşım Cavidin evinə çatıb gizlənməsəydim yoldaşım məni də öldürəcəkdi. Çünki otağın döşəməsində uzanan ata-anamı görəndə, Rəhman mənə baxaraq, növbəti patronları tüfəngə yerləşdirməyə başlamışdı".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Osmanov 20 il müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Türkiyənin pop ulduzu Hande Yener azərbaycanlı stilistlə əməkdaşlığa başlayıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, estrada ifaçısı Bakı konsertindən sonra yerli imicmeyker Niko Labla işbirliyinə start verib. Hətta, Handenin bir neçə gün əvvəl baş tutan İstanbul konsertindəki obrazını stilist hazırlayıb.
Yener obrazının fotolarını instaqram hesabında paylaşaraq həmyerlimizlə işə başladığını elan edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Bakıda "Location" gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb.
Milli.Az xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location" gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
Bakının Nizami küçəsi, "Tarqovı" adlanan ərazisində ilan peyda olub.
Milli.Az BAKU.WS-ə istinadən bildirir ki, şəhərin mərkəzində ilanın peyda olması insanları qorxuya salıb.
Görüntüləri təqdim edirik:
Milli.Az
Yazıçı Şərif Ağayar Zaur Kamalın efirdən qovduğu, Cənubi azərbaycanlı müğənni Afşin Azəridən yazıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, ifaçını bayağı adlandırıb:
"Afşin Azəri qardaşımızın bir-iki mahnısına qulaq asdım. Mən də efirdən bu şəkildə qovulmasına qarşıyam. Lakin onu efirə buraxmaq da olmaz. Çox bayağıdır. Bu adamı Təbriz sevgisi də xilas etmir".
Milli.Az
Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub.
Bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və bu qurumun vitse-prezidenti Azay Quliyev özünün "Twitter" səhifəsində yazıb.
"Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri Birmingemdə səmərəli görüş keçirib və həm ikitərəfli formatda, həm də ATƏT PA çərçivəsində əməkdaşlığı müzakirə ediblər", - deyə A.Quliyev bildirib.
Milli.Az
ABŞ Prezidenti Cozef Bayden ölkədə silahlı zorakılıq "epidemiyası" ilə mübarizədə təslim olmayacağını bildirib.
"Hələ görüləsi çox iş var və mən silahlı zorakılıq epidemiyası ilə mübarizədən əl çəkməyəcəm", - deyə C.Bayden bildirib.
Müstəqillik Günündə Çikaqoda baş verən atışmaya münasibət bildirən ABŞ lideri baş verən insidenti "mənasız silahlı zorakılıq" adlandırıb və xatırladıb ki, o, bu yaxınlarda odlu silahların dövriyyəsi qaydaların dəyişdirilməsi ilə bağlı cox vacib ikipartiyalı qanunu imzalayıb.
O, həmçinin yerli hakimiyyət orqanları ilə danışdığını və onlara federal qüvvələrin dəstəyini təklif etdiyini bildirib.
Xatırladaq ki, ötən gün ABŞ-ın Haylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda atışma olub. Atışma nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
Milli.Az
Bakının Sabunçu rayonunda yol qəzası zamanı sərnişin ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh-Maştağa şossesində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Məmmədli Rəsul Əli oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yol kənarında dayanan "Mercedes" markalı maşına çırpılıb.
Qəza zamanı sürücü R.Məmmədlinin ayağı sınıb.
Taksi kimi fəaliyyət göstərən "Toyota Prius" avtomobilində müştəri qismində əyləşən sərnişin 1955-ci il təvəllüdlü Zəkiyeva Firuzə Səbzəli qızı hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.
Milli.Az
Uşağın iki aylığı olduğu zamanda onun qidalanması üçün lazım olan əsəs qida vasitəsi ana südü sayılır. Ana südü uşağın qidaya, suya - aclığa olan bütün ehtiyacını ödəyir. Əminliklə demək olar ki, uşağınızı istədiyi zaman döşlə qidalandırmanız, uşağın az da olsa böyüməsinə səbəb ola bilir. Belə ki, ikinci ayda uşağın döşə olan ehtiyacı gündə 10 dəfədən 6 dəfəyə enir. Əgər uşağınızın iki aylığı olduğu zaman onun ana südünə olan ehtiyacının miqdarını öyrənmək istəsəniz. uşaq həkimləri sizin sualınızı cavablandlrmaqda çətinlik çəkəcəklər. Çünki uşaqların südə olan ehtiyaclarını ödəmək üçün konkret bir rəqəm yoxdur. Uşaq ana döşünü özünün ehtiyacı olan qədər tutur, artıq südü qəbul etmir.
Bu dövrdə uşağın nə qədər ana südünə ehtiyacı olduğunu təyin etmək üçün südü sağıb, ölçüb uşağa yerdirməklə öyrənmək olar. Bunu isə eləmək heç kimə lazım deyil. Döşündə süd olan və övladının sağlam böyüməsini istəyən hər bir ana ölç-biçi hesablamadan uşağını yedirir.
Uşağın iki aylığı olduğu zaman ananın südü olmadıqda uşaq həkiminin məsləhət ilə uşağı süni qidalarla qidalandırmaq lazımdır. Bu zaman isə mütləq uşaq həkiminin məsləhətlərinə qulaq asmaq və keyfiyyətli uşaq qidalarından istifadə etmək lazımdır. Uşağı yedizdirən zaman istifadə edilən qabların isə diqqətlə yuyulması və yuyulan zaman kimyəvi yuyuculardan istifadəsinə yol verilməməlidir.
Uşağın iki ayı olduqda ona su və ya uşaq çayları vermək mümkündür.
Ananın südü azaldığı zaman mütəxəssislər analara qısa bir zamanda süni qidaya keçməyi məsləhət bilmir. Ana südü uşağın sağlam həyatı üçün lazım olan ən qiymətli qida sayıldığı üçün süd olmadığı zaman mütəxəssislər həkimlə məsləhət etməyi və südartırıcı təbii dərmanlardan istifadə etməyi məsləhət bilir.
Uşaq süddən doymadıqda narahat olur, ağlayır, kapriz edir. Amma əgər uşaq süddən doymuşsa, o zaman səsi çıxmır, ağlamır, rahatlıq nümayiş etdirir. Sağlam uşaq yanlız süddən doymadığı anlarda ağlayır.
Mütəxəssislər analara uşaqlarını yedizdirdikləri zamanı onların başlarını sığallamalarını, uşaqlara asta səslə laylay oxumağı, onunla astadan söhbət etməyi məsləhət bilir. Uşağı döşlə yedirərkən isə döş giləsinin ağıza necə yerləşməsinə hər dəfə nəzarət etmək lazımdır.
Mütəxəssislər uşağın altının da quru olub və ya olmamasını da nəzarət altında saxlamaq lazım olduğunu qeyd edirlər.
Bəzən analar ikiaylıq uşaqlarının ağzına özlərinin yedikləri qidalardan sürtməyə çalışırlar, bəzən də ikiaylıq uşağı başqa qidalarla qidalandırmağa çalışırlar. Bu düzgün hərəkət hesab edilmir. Çünki, ikiaylıq uşağın mədəsi ana südündən başqa digər heç bir qidanı həzm edə biləcək gücə sahib olmur. Buna görə də ananın öz südünü artırması üçün çalşması azımdır. Belə ki, ana südü artıran təbii qidalardan istifadə edib, bol maye qəbul etməlidir. Uşaq əmizdirən ana boyat qida qəbul etməməli, qidanı təzə bişmiş halda yeməlidir. Uşaq əmizdirən ana nə qədər çox maye qəbul edərsə, onun südü bir o qədər çox olar.
Südəmər uşaq normal qidalandığı zaman iki ayı bitdiyi zaman çəkisi 800 qram , boyu isə 2,5 sm artmış olur.
Milli.Az
Rusiyanın Sankt-Peterburq şəhərində islah-əmək koloniyalarındakı məhbuslar "Vaqner" özəl hərbi şirkətinə könüllü qismində cəlb olunmağa başlayıblar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Vajnıye istorii" nəşrinə məhkumların yaxınları məlumat verib.
"Əvvəlcə dedilər ki, təxminən 20 faiz qayıdacaq. Sonra isə, demək olar, heç kimin qayıtmayacağını, sağ qalanlara 200 min rubl (6 100 manat - red.) məbləğində mükafat və amnistiya söz veriblər. Ölərsə, ailəsinə 5 milyon rubl (152 500 manat - red.) ödəniləcəyini vəd ediblər. Bütün bunların hamısı sözdədir, kağızda heç nə qeyd edilməyəcək", - məhkumlardan birinin qohumu qeyd edib.
Milli.Az
ABŞ-ın "The New York Times" (NYT) qəzetinin Ukraynada Donbas cəbhəsində olan müxbirləri döyüşlərdəki son vəziyyətlə bağlı reportaj dərc ediblər.
Milli.Az "Report"a istinadən bildirir ki, nəşrin müxbirləri belə nəticəyə gəliblər ki, münaqişənin hər iki tərəfi çox yıpranıb və bu, onların müharibəni eyni rejimdə nə qədər davam etdirə biləcəkləri sualını doğurur, xüsusən də daha pis silahlanmış ukraynalılar.
Jurnalistlərin fikrincə, Lisiçansk və Severodonetskin Rusiya qoşunları tərəfindən tutulması üstün atəş gücünə və tədricən irəliləməyə əsaslanan Rusiyanın hərbi strategiyasının uğurunu nümayiş etdirir.
Eyni zamanda NYT müxbirlərinin müşahidələrinə görə, Ukrayna qoşunları yeni çağırışçılara güvənməli olurlar ki, onlar davamlı atəşə tutulma və geri çəkilmə nəticəsində ciddi psixoloji təzyiqlər yaşamaqla yanaşı ağır itkilər verirlər:
"Hərbi müdaxilə Rusiya qoşunlarına da ağır zərbə vurub, lakin onlar yavaş-yavaş irəliləməyə davam edirlər".
Məqalə müəlliflərinin fikrincə, uzunmənzilli artilleriyadan istifadəyə əsaslanan dağıdıcı strategiya Ukraynanın şərqindəki Rusiya qoşunlarının düz ərazisi və daha qısa təchizat xətləri üçün uyğundur, lakin başqa yerlərdə işləməyə bilər. Prezident Vladimir Putinin hücumda nə qədər irəli getməyə hazır olduğu və ordusunun gücünü bərpa etməsi üçün uzun bir fasilə lazım olana qədər hələ də canlı qüvvə və texnikada hansı itkilərə tab gətirə biləcəyi bəlli deyil.
Yazıda qeyd olunub ki, Ukraynada bir çoxları Rusiya ordusunu döyüşlərdə mümkün qədər yıprandırmağa, onu şəhərlər uğrunda döyüşməyə məcbur etməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin strategiyasının effektivliyinə şübhə etməyə başlayıblar. Bu, Severodonetskdə və daha az dərəcədə Lisiçanskda baş verib.
Qəzet iyunda Severodonetski tərk edən sonuncu hərbçilərdən biri olan ukraynalı könüllü Volodimirə istinad edir. Onun sözlərinə görə, şəhər uğrunda gedən döyüşlər zamanı onun bölməsinin 100 nəfərdən yarıdan çoxu sıradan çıxıb. O, şəhər ətrafında baş verənləri nalayiq sözlə təsvir edir. Hərbçi jurnalistlərə ağır artilleriya çatışmazlığından danışaraq "Nə cür dəstək? Dəstək yox idi" deyib.
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya adətən təxminən beş gün davam edən kütləvi artilleriya atəşi taktikasını davam etdirir və yalnız bundan sonra ordusu tankların və piyadaların köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif nöqtələri tapmağa çalışır.
Ukrayna bu mübarizədə onu ağır silahlarla təmin edəcəyini vəd edən Qərbin köməyinə ümid edir, lakin burada da çətinliklər yaranır. ABŞ-ın göndərdiyi bəzi "M777" haubitsalarına cavabdeh olan ukraynalı zabit nəşrə bildirib ki, Latviyada silahlar üzrə təlim keçmiş bir neçə mütəxəssis ölüb və ya yaralanıb.
Bununla belə, nəşr vurğulayıb ki, yorğunluğa və itkilərin sayına baxmayaraq, Ukrayna hərbçiləri döyüşü davam etdirməyə hazırdırlar.
"Biz qayıdacağıq. Bu bizim torpaqdır", - Volodimir nəşrə bildirib.
Milli.Az
Havaların soyuması nəticəsində ağız yolu ilə virus və bakteriyalar daha tez yoluxur.
Yoluxan bakteriyalar boğazdakı badamcıqlara yapışır. Daha sonra isə səs tellərində iltihablanma yaradır.Səs qısılması, səs telləri iltihabının ən mühüm əlamətidir. Səs tellərinin yorulmaması üçün aşağı səslə danışmağınız daha məsləhətdir. Səs telləri iltihablanması olan xəstələrdə nəfəs darlığı da müşahidə edilir. Səs telləri iltihabı olub-olmadığını anlamaq üçün diqqət edilməsi gərəkən başlıca əlamət budur. Bu göstəricilər ilə qarşılaşarsanız həkimə müayinə etməyiniz vacibdir.
Səs telləri iltihabının göstəriciləri nədir?
Gecələr durduq yerə baş verən öskürək
Qızdırma
Burun axıntısı
Xırıltı
Səs qısılması
Baş ağrısı
İltihab irəlilədikcə hansı əlamətlər üzə çıxır?
Boğaz ağrısı
Boyun qismində yaranan şişlik
Baş ağrısı
Qeyd edək ki, diqqət edilmədiyi zaman sətəlcəmə çevrilə bilər.
Bəs səs telləri iltihabı necə müalicə edilir?
Bunu sadəcə həkim müalicə edə bilər. Bəzi dərmanlar verilərək səs telləri yumşaldılır, nəfəs almağınız asanlaşdırılır.
Milli.Az
Lisiçansk şəhəri üzərində nəzarətin yaradılması Rusiya ordusunun bu müharibədə sonuncu böyük uğurudur.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Mark Feyqinə müsahibəsində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aristoviç bildirib.
O qeyd edib ki, Rusiya ordusu daha bir neçə kəndi ələ keçirə bilərlər.
"Mən sadəcə olaraq onların qoşunlarında nə baş verdiyini bilirəm... Başqa bir şəhəri ələ keçirmək üçün onların operativ ehtiyatlarını haradan əldə edəcəklərini bilmirəm", - deyə o vurğulayıb.
Xatırladaq ki, iyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Luqansk vilayətinin Lisiçanskdakı mövqelərini və xətlərini tərk etdiyini bildirmişdi.
Milli.Az
Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyası ilə bağlı sanksiyalar siyahısına daha altı fiziki şəxs və bir xəbər saytını əlavə edib.
Məlumata əsasən, sanksiyalar siyahısına KİV ilə əlaqəli Mixail Sinelin, Aelita Mamakova, Yevgeni Qlotov, Yuri Fedin, Darya Dugina və Alyona Çuquleva əlavə ediliblər.
Bundan əlavə, Londonun versiyasına görə, "Rusiyanın xeyrinə dezinformasiya yayan" və Türkiyədə qeydiyyatda olan "United World İnternational" internet saytı da sanksiyalar siyahısına daxil edilib.
Sansksiyalar siyahısına əlavə edilmə aktivlərin dondurulmasını nəzərdə tutur.
Milli.Az
Qanaxmalar daxili və xarici omaqla 2 növə ayrılır. Daxili qanaxmaya diqanoz qoymaq üçün mütləq həkimin müayinəsi lazımdır. Xarici qanaxmaları isə adi gözlə müəyyən etmək mümkündür.
Qanaxmalar baş verdikləri damarların adına uyğun olaraq aşağıdakı formalarda baş verir:
* Arterial qanaxma zamanı axan qanın rəngi al qırmızı olur. Qanaxma zamanı isə qan nəbz atmaları kimi atışlarla axır. Bu zaman qısa müddət ərzində çoxu miqdarda qan axır.
* Venoz qanxama zamanı axan qanın rəngi tünd qırmızı olur, fasiləsiz və eyni sürətlə axır.
* Kapilyar qanaxmalar zamanı qan eyni sürətlə və zəif axır. Kapilyar qanaxma zamanı qanın rəngi al qırmızı olur. Bu cür qanaxmanı saxlamaq asandır və bəzən özü-özünə dayana bilir.
Aşağıdakılara diqqət yetirmək lazımdır.
* 250-400 ml qan itirmək orta yaşlı adam üçün təhlükəli sayılmır və orqanizmdə heç bir narahatlıq əmələ gətirməyə bilir. 1000 ml qan itirmək isə insan üçün təhlükəlidir.
* 250 ml qan itirmək bir yaşına qədər olan uşaqlar üçün təhlükəli sayılır.
* Qanın axması nə qədər sürətli olub zaman apararsa, bir o qədər də orqanizm üçün təhlükəli sayılır. Bəzən zəif sürətlə daxili qanaxmalar olur ki, bu zaman xəstələr qanın 2/3-ni itirlər. Bu zaman qanaxma ürək-damar və mərkəzi sinir sistemində patoloji izlər qoyur. Bu sirkulyasiya olunan qanın miqdarının azalması və beyinin, ürəyin oksigenlə qidalanmaması səbəbindən meydana çıxır.
Qanaxmalar zamanı həkim gələnə kimi qanaxmanı saxlamaq məqsədilə bütün vasitələrdən istifadə eləmək lazımdır.
Milli.Az
"Bbizi çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmaq lazımdır".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində "Lex"lə keçiriləcək oyun barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis Poznan stadionunda baş tutacaq ilk qarşılaşma öncəsi mətbuat konfransında iştirak edib. Qurbanov matç barədə bunları söyləyib: "Bizim kimi, rəqibin də oyunçuları istəklidir. Uzun fasilədən sonra çempion oldular. Açıqlamalarından da görünür ki, çox istəklidirlər. Ayrı-ayrılıqda yaxşı oyunçuları var. Fərqli ölkələrdən legionerləri olsa da, eyni düşüncədədirlər. Yeni baş məşqçinin rəhbərliyi altında çıxış edəcəklər. Yəqin ki, o da komandanın ümumi oyun üslubundan əl çəkməyəcək. Meydanda çox düşünməli olduğumuz oyun olacaq. Xüsusən də, ilk dəqiqələrdən yaxşı çıxış etməliyik. Yaxşı oyun sərgiləmək istəyirik. Rəqibin yaxşı azarkeşləri, gözəl stadionları var. İnanıram ki, futbolçularım ən yaxşı oyunlarını sərgiləmək üçün hər şeyi edəcəklər".
- Avstriya toplanışından sonra heyətlə bağlı son durum nə yerdədir və komandanın formasından nə qədər razısız?
- Çox vaxtımız olmadı. Buna baxmayaraq, komandanı oyuna hazırlaya bildik. Çalışdıq ki, matça kimi problemlərimiz az olsun. Futbolçuların hamısı sağlamdır, heç bir problemimiz yoxdur. Sadəcə, hazırlaşmağa vaxtımız az oldu. Ümumi bir narazılığım yoxdur. İstər-istəməz tam hazır ola bilmərik. Ancaq təcrübəmizə güvənirik. İnanıram ki, cavab görüşünə daha hazırlıqlı olacağıq.
- İki il əvvəl qarşılaşdığınız "Legiya" ilə "Lex" arasında nə kimi fərqlər var?
- "Legiya" ilə "Lex" fərqli komandalardır, fərqli futbol oynayırlar. Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik, hətta böyük fərqlə. Amma bizim üçün heç də asan olmamışdı. "Lex" meydanda fərqli hücumlardan istifadə etməyi bacarır. Mövqe olaraq yaxşı hücumlar qurur. Biz isə daha çox öz oyunumuz barədə düşünürük.
- Oyunda "Qarabağ"ı favorit saymaq olar?
- Heç vaxt deməmişəm ki, hansısa oyunun favoritiyik. Komandamın ilboyu oynadığı futbola, nəticələrinə önəm vermişəm. "Lex" də ilboyu avrokubok səviyyəsində oyunlar göstərir. Polşa çempionatı digər liqalardan çox fərqlidir. Favorit deməzdim, sadəcə istəkli komandayıq. Belə oyunda favorit yoxdur. Futbolçularla, rəhbərliklə, azarkeşlərlə tam şəkildə köklənmişik. "Lex"ə hörmətlə yanaşıram. Onların iş prinsipi ilə maraqlanmışam. Onların oyunçuları barədə ayrı-ayrılıqda məlumat toplamışıq. Heç bir komandanı üstün və ya zəif saymıram. İnanıram ki, ki yaxşı komanda mübarizə aparacaq.
- "Legiya" ilə oyun 44 günlük II Vətən Müharibəsi dönəminə düşdü. Əsgərlərimiz səngərdə, siz isə meydanda qələbə qazandınız. Bildirmişdiniz ki, uşaqlara əlavə motivasiya verməyə ehtiyac yoxdur. Həmin matçla bağlı xatirələrinizi necədir?
- Heç də asan günlər deyildi. O oyuna komandanı motivasiya etmək asan deyildi. Hər bir səhv oyunçulara mənfi təsir göstərə bilərdi. Həmin gün futbolçular qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyi bacardılar. Motivasiya heç də həmişə müsbət təsir etmir. Bəzən əks təsir göstərir. Böyük zəfərdən sonra futbolçuları motivasiya etmək daha asan idi. Komandanı indi başqa cür motivasiya etmişik. Biz o günləri yaddan çıxarmırıq, həmişə xatırlayırıq. Bu gün hər şey qaydasındadır, torpaqlarımız bizdədir. Bu dəfə sırf idman prinsiplərinə, rəqibi yaxından tanımağa və 11-11-ə mübarizəyə köklənmişik.
- "Lex"in heyətində xüsusi diqqət yetirməli olduğunuz futbolçular var?
- Adlarını bir-bir açıqlasam düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi yuxarı olan, qol vurmaq qabiliyyəti olan futbolçulardır. Hər mövqedə lider futbolçuları var. "Lex"in bütün oyunçularına diqqət yetirməliyik ki, istədiyimiz nəticəni əldə edə bilək.
Qeyd edək ki, "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandalar arasında cavab qarşılaşması iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Milli.Az
"Ardıcıl üç ağır oyuna çıxacağıq. Təbii ki, bu, heç də asan deyil".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Lex"in isveçli futbolçusu Mikael İshak Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
29 yaşlı hücumçu yeni mövsümün startında sıx qrafiklə matçlara çıxacaqlarını xatırladıb: "Qarabağ"la Çempionlar Liqası oyunları arasında Polşa Super Kuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də Super Kubok oyunları asan deyil. Ancaq bunun öhdəsindən gələcəyimizə inanıram".
Qeyd edək ki, sabah Poznanda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Milli.Az
Kikboksinq üzrə gənclər, yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən oğlanların yarışı rinqdə, qızların turniri isə tatamidə baş tutub.
Yekun nəticələrə görə, ən çox medal qazanan DİN İdman Cəmiyyətinin komandası (9 qızıl, 2 gümüş, 12 bürünc) ümumi hesabda birinci yeri tutub. Kubok həmin cəmiyyətin, eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyevə təqdim edilib.
Dünya və Avropa çempionu Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası (9 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, baş məşqçisi Xəyyam Abışov olan meydan sahibi "Abşeron" (2 qızıl, 5 gümüş, 2 bürünc) yığması isə üçüncü yeri tutub.
Qeyd edək ki, bu yarışda fərqlənənlər sentyabrın 30-dan oktyabrın 9-dək İtaliyada uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, "Toyota Prius" markalı maşın yolu keçən təqribən 55-60 yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az
Piokokk qranuloması kapilyarların zədələnməsi ilə dəridən xarıcə çıxmasıdır.Xəstəlik mikrobun dəri və dərialtı toxumaya düşməsi və kapilyarların ikincili zədələnməsi nəticəsində meydana çıxır.Xəstəlik xoşxassəli hesab olunur.
Piokokk qranulomasına bütün yaş dövrlərində rast gəlmək olur.
Xəstəliyin əmələ gəlməsində zədələnmiş dəridən mikrobun dəri və dərialı toxumaya keçməsidir.Xəstəliyi aşağıdakı mikroblar törədir:
- stafilokokklar
- streptokokklar
- müxtəlif virus infeksiyaları
Zədə nahiyəsindən dəri daxilinə düşən infeksiya dəridə çəhrayı-qırmızı rəngdə,üstü parıltılı,eroziyaya oxşayan,qanlı-irinli qabarma şəklində patologiya əmələ gətirir. Xəstəliyə diaqnozun qoyulmasında yara naiyəsindən götürülmüş yaxmanın rolu böyükdür. Morfoloji müayinə zamanı dəridə kaplyarların endotel qatla qarışıq xaricdə durması görünür. Xəstəliyin klinikası basilyar anqiomatoz və piqmentsiz melanoma ilə eynidir.
Piokokk qranulomasına diaqnozun qoyulması çətinlik törətmir. Müalicə məqsədilə elektrokoaqulyasiyadan və lazerlə müalicə metodundan istifadə edilir.
Milli.Az