• Şikayət et

ABŞ Səfirliyi Müstəqillik gününü qeyd edir

Səfir Erl (Li) Litzenberger və ABŞ-nin Bakıdakı səfirliyi bu axşam ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulunun 246-cı ildönümünə həsr olunmuş mərasimdə qonaqları qarşılayıblar. Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də xarici diplomatların və media nümayəndələrinin iştirak etdiyi illik 4 İyul qəbul mərasimində Amerikanın müstəqillik, azadlıq və demokratiya dəyərlərinə, eləcə də Amerikanın zəngin tarixi və mədəni irsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin “Rock and Roll” mövzusuna uyğun olaraq, Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov şənliyə Amerika və Azərbaycan himnlərinin coşğulu ifası ilə başlayıb.

Səfir Litzenberqer toplantını rəsmi şəkildə açaraq qonaqlara dedi: “4 iyul 1776-cı il tarixli Müstəqillik Bəyannaməsi həmin gündən etibarən Birləşmiş Ştatları dövlət kimi müəyyən etmiş və bu gün hələ də dünyada insanları ruhlandıran fundamental azadlıqların bəyanatı kimi çıxış edir. Biz müstəqilliyimizi bəyan etdik ki, fundamental azadlıqlarımızı sərbəst həyata keçirək - fikirlərimizi ifadə etmək azadlığına sahib olaq, kiminsə haradansa olmasına, hansısa dildə danışmasına, hansısa dinə etiqad etməsinə, öz ailəsini necə səciyyələndirməsinə əsaslanan ayrı-seçkilikdən azad olaq.” Səfir Litzenberqer “Biz həmin hüquqların, o cümlədən keçmişdə cəmiyyətin qəbul etməkdə çətinlik çəkdiyi hüquqların təmin edilməsində və qorunmasında hökumətimizə güvənirik. Biz inanırıq ki, həmin azadlıqların qorunması və həyata keçirilməsi fərd və cəmiyyət olaraq potensialımızı tam gerçəkləşdirməyə imkan verir” deyərək əlavə etdi.

Azərbaycan hökumətini fəxri qonaq qismində təmsil edən Maliyyə Naziri Samir Şərifov Amerikanın Müstəqillik günü münasibətilə öz təbriklərini bildirib.

2022-ci ildə Müstəqillik Gününün qeyd olunması ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi və bu tədbir, Səfirliyin Avropanın enerji təhlükəsizliyinin təşviqi, ikitərəfli ticarətin və investisiyaların genişləndirilməsi, terrorizm və transmilli təhlükələrlə mübarizədə Azərbaycanla əməkdaşlığa olan sadiqliyini vurğuladı. Səfirlik həmçinin demokratiyanın möhkəmləndirilməsi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizə doğru Azərbaycandakı təşkilatlar və fərdlər ilə birgə işləməkdən qürur duyur.

Tədbirin mövzusu olan Amerikanın “Rock and Roll” janrı Birləşmiş Ştatları bütün dünyada tanıtmışdır. 1960-cı və 70-ci illərdə “Rock and Roll” sosial dəyişikliyin və ifadə azadlığının rəzminə çevrilmişdir. Gecə boyunca qonaqlar xüsusi olaraq seçilmiş rok-n-roll mahnılarından zövq alıblar. Qonaqlar Berri, Prins, Madonna, Ledi Qaqa kimi sənətçilərin musiqi sədaları altında rəqs etdikcə, ecazkar Amerikan incəsənətindən zövq aldılar.

ABŞ Səfirliyi, həmçinin Müstəqillik Günü bayramı üçün ianələr edən şirkətlərə və fərdlərə öz təşəkkürlərini bildirir. Onların bu dəstəyi 4 İyul qeydetmə mərasimimizin əvəzolunmaz hissəsi olub.

Mənbə:
0
164
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar