• Şikayət et

Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq

ABŞ prezidenti Co Bayden Çinin adanı zorla almağa çalışacağı təqdirdə, Tayvanı müdafiə etmək üçün ABŞ ordusundan istifadə etməyə hazır olduğunu bildirib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ prezidenti bu gün - mayın 23-də Tokioda Yaponiyanın baş naziri Fumio Kişida ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Bayden Çinin Tayvanı ələ keçirmək üçün güc tətbiq etmək yurisdiksiyasına malik olmadığını vurğulayıb. O, ABŞ-ın belə vəziyyət üçün öhdəlik götürdüyünü təsdiqləyib. Mətbuat konfransında Baydendən Ukraynada belə bir mövqe tutmamasına baxmayaraq, Tayvanı qorumaq üçün hərbi əməliyyatlarda birbaşa iştirak etməyə hazır olub-olmadığı soruşulub. ABŞ prezidenti müsbət cavab verib: "Bəli, biz öhdəlik götürmüşük".

O, ABŞ-ın Tayvanla bağlı siyasətinin dəyişməz qaldığını və onun administrasiyasının “vahid Çin siyasəti” yürütdüyünü, lakin administrasiyanın bunun güc yolu ilə alına biləcəyi barədə təsəvvürünün administrasiyaya uyğun olmadığını izah edib.

“Birləşmiş Ştatlar Çinin Tayvanda güc tətbiq edə bilməyəcəyinə əmin olmaq üçün bölgədəki digər ölkələrin yanındadır”,- deyə Bayden qeyd edib. Onun sözlərinə görə, Çin öz təyyarələrini adaya yaxın uçurmaqla Tayvan ətrafında "odla oynayır".

“Bir Çin siyasəti” özünü Çin elan etmiş iki ölkənin mövcud olmasına baxmayaraq, yalnız bir Çin dövlətini rəsmən tanımaqdan ibarətdir. Bu o deməkdir ki, Çin Xalq Respublikası (ÇXR) ilə diplomatik əlaqələr qurmaq üçün istənilən dövlət Çin Respublikası (Tayvanın elan etdiyi adı) ilə rəsmi əlaqələri kəsməlidir və ya əksinə. Qeyd edək ki, bir müddət əvvəl Çinin Tayvanın hava və dəniz məkanını dəfələrlə pozduğu bildirilirdi. Xüsusilə, mayın 6-da Çinin 18 hərbi təyyarəsi bu il ikinci dəfə Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Bundan əvvəl isə, Tayvan hakimiyyəti Çin ordusunun fəal şəkildə hərbi gücünü artırdığını və 2025-ci ilə kimi adanı işğal etməyə hazır olacağını bildirmişdi.

İlahin, Bizimyol.info

Mənbə:
0
52
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar