• Şikayət et

"Bu, prosesin Rusiyanın nəzarətindən çıxarılmasına imkan verir"

Dünən İttifaqı Şurası Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Brüsseldə növbəti, sayca 3-cü görüş keçirildi.

“5 saatdan artıq davam edən bu görüş çox əlamətdar və mühim nəticələrlə yadda qalacaq bir görüş kimi qiymətləndirilməlidir. Bu görüşdə mən əsas 5 istiqaməti fərqləndirmək istəyirəm: Birincisi Ermənistan-Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun fəaliyyətinin təşkil edilməsi və ən yaxın günlərəd bu işşi qrupla görüşün keçirilməsi ilə bağlı yekun razılıq əldə olunub. Burada 6 aprel görüşündən mühim fərqli cəhət, Ermənistanın artıq bu prosesdən heç cürə yayınmaq və uzada bilmək şansları mövcud deyil.

İkinci mühim istiqamət Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya əlaqələrinin xüsusilə də Azərbaycanın qərb bölgəsinin Naxçıvanla birləşdirəcək nəqliyyat xəttlərinin açılması ilə bağlı razılığın əldə olunmasıdır ki, bu günə qədər Ermənistan bu istiqamətdə məsələlərdən mütəmadi və sistemli şəkildə yayınmağa çalışırdı. Xüsusuilə də Azərbaycanı Naxçıvanla birləşdirəcək komunikasiya xətlərinin açlmasında Ermənistan özünə və təhlükəsizliyinə təhdid kimi qiymətləndirirdi. Amma bu görüş zamanı bu istiqamətdə də çox ciddi nəticələr və razılaşmalar əldə olundu”.

Bu barədə politoloq, tarix üzrə fəlsəfə doktoru, Anar Əliyev 22 may Brüssel görüşünü Bizimyol.info xəbər portalına şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistan növbəti dəfə buna razılığını bildirib və bu istiqamətdə də sürətli addımların atılması razılaşdırılıb.

 

Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloqun fikrincə, üçüncü vacib məsələ isə, iki dövlət arasında sülh prosesinin sürətləndirilməsi, aktivləşdirilməsi idi. Xüsusuilə də Xarici İşlər Nazirləri səviyyəsində Ermənistanla Azərbaycan arasında böyük sülhü əhatə edəcək məsələlərin əhatə olunduğu və öz əksini tapdığı istiqamətlərin təhlil edilməsi və yaxın günlərdə Xarici İşlər Nazirliyi səviyyəsində işçi qrupların görüşlərin keçirilməsi və bu proseslərin də nəhayət ki, yerindən tərpədilməsi ilə bağlı razılığın əldə olunması idi.

“Dördüncüsü burada çox vacib məqamlardan biri Şarl Mişelin görüşdən sonra səsləndirdiyi bəyanatda da xüsusi vurğu olaraq, qeyd etdiyi Ermənistan cəmiyyəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması və cımiyyətlərin sosial-iqtisadi rifahı naminə iqtisadi əlaqələrin qurulmasının vacibliyinin cəmiyyətlərə aşılanması, hər iki cəmiyyətə bu zərərin qəbul etdirilməsi ilə bağlı məsələ idi. Bu istiqamətdə, iqtisadi məşvərət qrupunun işinin davam etdirilməsi üzrə razılığın əldə olunması idi. Hesab edirəm ki, bu, həm də Cənubi Qafqazda 44 günlük Vətən Müharibəsibdən sonra post-münaqişə dövründə yenidən dizayn edilən iqtisadi strukturlaşma, iqtisadi konfiqurasiya prosesinin daha da aktivləşdirilməsi və bu prosesdə Ermənistanın da yer alması ilə bağlı çağırışlardır. Çünki bildiyimiz kimi 44 günlük Vətən Müharibəsindən sonra cənubi Qafqazda tək siyasi yenidənqurma, siyasi konfiqurrasiyanın formalaşması prosesi getmir, həm də ən mühim quruluş iqtisadi quruluşun yenidən təşkil edilməsidir.

Azərbaycan tərəfi, ölkə prezidenti İlahm Əliyev də dəfələrlə Cənubi Qafqazda xüsusilə Azərbaycan üzərindən həyata keçirilən böyük meqa layihələrin, loqistik layihələrin Ermənistanın da bir iştirakçısına çevrilməsi ilə bağlı çağırışlar edib. Bunun Cənubi Qafqazda əldə olunan sülhün davamlılığına eyni zamanda cəmiyyətlər arasında inam-etimad mühitinin formalaşmaslna mühim təsir edəcəyi ilə bağlı fikirlər səsləndirib” - deyə politoloq əlavə edib.

Ekspert təəssüflə qeyd edir ki, ötən il yarımdan keçən müddət ərzində Ermənistan tərəfindən bu müsbət çağırışlara, bu müsbət siqnallara Azərbaycanın Ermənistana, təklif etdiyi bu istiqsadi modelə, Ermənistan tərəfindən ciddi və əhəmiyyətli reaksiya verilməmişdi. Amma bu görüşdə məhz cənubi Qafqazın yeni iqtisadi strukturlaşması və tərəflərin xüsusilə Ermənistanın bu prosesdə iştirakının zəruriliyi və həm də bunların regiona xalqlarının rifahına təsiri məsələlərinin əhatə olunması, eyni zamanda bu prosesin cəmiyyətlərə aşılanması ilə bağlı fikirlərin səsləndirilməsi böyük irəliləyişlərdən biri kimi qiymtləndirilməlidir.

Politoloq hesab edir ki, bu görüş zamanı əldə olunan ən mühim 5-ci müsbət cəhət Şarl Mişelin də qeyd etdiyi kimi bu formatda, Brüssel formatında görüşlərin mütəmadi olaraq keçirilmsəi ilə bağlı razılığın əldə olunmasıdır. Çünki məlum olduğu kimi bütün keçirilən Brüssel gprüşlərindən sonra Rusiya mümkün variantlarda, xüsusilə Ermənistana təzyiqlər etməklə, müxtəlif yollarla Ermənistan siyasətinə təsir göstərməklə Brüssel formatı və onun ələ olunmuş nəticələrini sabotaj edilməsinə və nəticə etibarı ilə Brüssel formatının da gözdən salınmasına çalışrdı:

“Böyük mənada Ermənistanı alət etməklə, Ermənistanın bu prosesdə iştirakı təmin olmaqla Rusiya bu prosesdə birinci və ikinci görüşlərdə əldə edilən nəticələrin reallaşmasının qarşısını ala bilmişdi. Amma belə görüşlərin mütəmadi şəraitdə keçirilməsi və iyul-avqust aylarında növbəti görüşün keçrilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi artıq prosesin Rusiyanın nəzarətindən çıxarılması və Ermənistan arasında birbaşa ünsiyyətin, birbaşa münasibətlərin qurulması istiqamətində ciddi addımların atılacağını deməyə imkan verir. Bu mənada hesab edirəm kii, bu görüş, 5 mühim nəticələrlə yadda qaldı”.

Poliqoloqun sözlərinə görə, eyni zamanda bu görüş zamanı bir neçə ciddi müsbət irəliləyişlər də özünü göstərdi:

“Xüsusilə Dağlıq Qarabağ terminin artıq birmənalı şəkildə diplomatik terminologiyadan çıxarılması, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə hərhansı bir status məsələsinin bu dəfə də müzakirə mövzusuna çevrilməməsi, eyni zamanda Qarabağda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsləsinin vurğulanması və bu məsələnin qabardılması, eyni zamanda mina təhlükəsizliyi ilə bağlı məsələlərin və Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyi ilə bağlı məsələlərin narahatçılıq doğurduğu ilə bağlı fikirləin səsləndirilməsi müsbət irəliləyiş kimi, müsbət əlamətlər kimi qiymətləndirilməlidir”.

Ekspert hesab edir ki, qeyd olunan müsbət tərəflərdən ən vaciblərindən biri Azərbaycanın Qarabağ bölgəsinə etnik ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərin qeyd olunmasıdır. Çünki Azərbaycan tərəfi dəfələrlə Ölkə prezidenti İlahm Əliyevin dilindən həm dünya ictimaiyyətinə, büynəlxalq institutlara, həm də Ermənistan cəmiyyətinə, Ermənistan dövlətinə Azərbaycan dövlətinin mövqeyi səsləndirilib ki, “Biz bütün vətəndaşlarımıza olduğu kimi Qarabağda Azərbaycan bayrağı altında, Azərbaycan qanunlarını qəbul edərək, Azərbaycan vətəndaşlığını qəbul edəcək, erməniəsilli Azərbaycan vətəndaşlarını da hüquqlarının və təhlükəsizliyinə zəmanət veririk. Və buna qarant rolunda yalnız və yalnız Azərbaycan dövləti çıxış edə bilər:

“Əslində bu günə qədər imzalanmış bir çox bəyantlar, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları, eyni zamanda keçirilən bir çox üçtərəfli görüşlərin yekunu olaraq qəbul edilən sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi heç bir halda müzakirə predmetinə çevrilməyibdir və Azərbaycan ərazisində yaşayan insanların təhlükəsizliyinə qarant rolunda çıxış edəcək heç bir ikinci qüvvə qeyd olunmayıbdır. Bu qüvvə, yalnız və yalnız Azərbaycan dövləti və Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi təhlükəsizlik təminatıdır”.

A.Əliyevin fikrincə, bu görüş çox mühim bir görüşdür. Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində ən mühim irəliləyişi özündə ehtiva edən və tarixi bir görüş kimi hər zaman qiymətləndiriləcəkdir. Bu, əslində Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsində bir dönüş nöqtəsi kimi qiymətləndirilə biləcək səviyyədə müzakirələr idi:

“Bundan sonra Azərbaycanın irəli sürdüyü ədalətli tələblərin yerinə yetirilməsini təmin edəcək bir reys üzərinə çıxdığını müşahidə edəcəyik”.

İlahin, Bizimyol.info

Mənbə:
0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar