• Şikayət et

Dünya iqtisadiyyatında tənəzzül ola bilər

Dünya Bankının prezidenti Devid Malpas Ukraynadakı vəziyyətlə əlaqədar qlobal iqtisadiyyatda tənəzzülü istisna etmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o bildirib ki, bu hal qlobal ÜDM-ə mənfi təsir göstərəcək.

O, vəziyyətin Rusiya və Ukrayna xalqları üçün "pis" olacağına, lakin təsirin bu iki ölkənin hüdudlarından kənara çıxacağına diqqət çəkib. Belə ki, o qeyd edib ki, taxıl tədarükündə fasilələr özünün taxıl ehtiyatına malik olmayan Livana təsir edəcək və onun sözlərinə görə, digər ölkələr artıq kənd təsərrüfatı sektorunda yavaşlama hiss edirlər.

Dünya Bankı rəhbərinin fikrincə, başqa bir aspekt - Rusiyanın Avropaya enerji təchizatının azalması - Aİ ölkələrində iqtisadiyyatın "əhəmiyyətli ləngiməsinə" gətirib çıxarır.

Milli.Az

Mənbə:
0
43
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar