• Şikayət et

İlqar Məmmədov Prezidentə müraciət etdi - 7 dairədə əhali deputatsız qalıb...

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib.

"AzPolitika.info" xəbər verir ki, "Facebook" səhifəsində yerləşdirdiyi müraciətində o ötən parlament seçkilərində nəticələri ləğv olunmuş seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsini istəyir. Partiya sədri bildirir ki, bu məqsədlə həmin dairlərinin ikisində 1651 seçicinin imzasını toplayıb.

Xatırladaq ki, 2020-ci il fevralında Milli Məclisə keçirilən növbədənkənar seçkilərin 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələrini Mərkəzi Seçki Komissiyası ləğv edib.

116 saylı Qəbələ dairəsindən seçilmiş deputat Fəttha Heydərov vəfat edib, 55 saylı Xaçmaz dairəsindən seçilmiş Eldəniz Səlimov həbs edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə isə İçərişəhər Dövlət Qorğu İdarəsinə rəhbər təyin edilib.

İlqar Məmmədov Prezidentə yazır ki, 7 dairədə yaşayan 384 min 545 seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır.

"Onlardan 186 min 312 nəfər Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün hətta yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar", - REAL sədri müraciətində vurğulayıb.

Mənbə:
0
166
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar