• Şikayət et

İsveç və Finlandiya Türkiyəyə "təslim oldu": Ərdoğanın hansı tələbləri qəbul edildi?

Türkiyə İsveç və Finlandiya ilə Madriddə apardığı danışıqlardan sonra onların NATO-ya üzlük prosesinin qarşısını açmağı nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün konkret addımlar iki gün ərzində müttəfiqlər tərəfindən razılaşdırılacaq”,- Finlandiya prezidenti Sauli Niinistönün ofisi bildirib.

Bizimyol.info xəbər verir ki, Finlandiya Prezidentinin Ofisi həmçinin Madriddə keçirilən sammitdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləyəcəyini açıqlayıb. Prezidentin Ofisi təsdiqləyib ki, Helsinki, Stokholm və Ankara bir-birinin təhlükəsizliyinə təhdidlərə qarşı mübarizədə hərtərəfli qarşılıqlı dəstək verməyə sadiqdir qalacaqlar.

Türkiyə Prezident Administrasiyası qeyd edib ki, İsveç və Finlandiya Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına və digər birləşmələrə dəstək verməmək barədə öhdəlik götürüblər.

Yens Stoltenberq görüşün yekunu olaraq bildirib ki, Finlandiya və İsveçin alyansa daxil olması Rusiya prezidenti Vladimir Putinin istəyinin əksinədir, çünki Kreml Rusiya sərhədləri yaxınlığında hərbi alyansın qüvvələrinin azalmasını istəyir.

“Associated Press” agentliyinin ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən verdiyi xəbərə görə, ABŞ hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya dəvətinə etirazlarını aradan qaldırmaq qərarı müqabilində Türkiyəyə heç bir vəd verməyib. Bu barədə qərar 3 ölkə arasında baş tutan razılaşma əsasında verilib.

Hər iki Skandinaviya ölkəsi Türkiyənin bütün tələblərini qəbul edib. Bu tələblər PKK, YPG və FETÖ terror təşkilatlarına dəstəyin dayandırılması, onların axtarışda olan üzvlərinin Türkiyəyə təhvil verilməsi və nəhayət, Türkiyəyə silah ixracına qoyulan qadağanın aradan qaldırılmasından ibarət idi. Silah embarqosu aradan qaldırılarkən xüsusi olaraq vurğulanıb ki, həmin silahlar hətta Suriyada PKK və YPG-yə qarşı istifadə oluna bilər.

İsteç tərəfi yalnız axtarışda olanların təhvil verilməsi məsələsində müəyyən prosedurlara ehtiyac olacağını bildirib. Yəni həmin şəxslər təhvil veriləcək, amma Avropa Birliyinin bəzi qanunlarında nəzərdə tutlan prosedurların icrası zaman tələb edəcək.

Xatırladaq ki, bir çoxları Türkiyənin ABŞ-ın istəyi ilə geri çəkiləcəyini desə də, Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlcədən bildirmişi ki, onların tələblərinə əməl edilməyincə Türkiyə geri çəkilməyəcək.

Bizimyol.info

Mənbə:
0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar