• Şikayət et

Kosmosa gedən ilk Türk kim olacaq: "Uçan adam kimi məşhurlaşdım"

Kosmosa gedəcək Türk namizədlər üçün kriteriyalar müəyyənləşib. Uzaya.gov.tr saytında ediləcək müraciətlərdən sonra qiymətləndirmə aparılacaq və qiymətləndirmə nəticəsində uyğun görülən 2 namizəddən biri Beynəlxalq Kosmos Stansiyasına gedən ilk Türk olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında Milli Kosmos Proqramı çərçivəsində müəyyən edilən “Türkiyə Kosmos Səyyahı və Elm Missiyası”na başladıqlarını açıqlayıb. Sənaye və Texnologiya Nazirliyi Türkiyə Kosmik Agentliyi tərəfindən kosmosa göndəriləcək türk kosmos sərnişinlərində axtarılacaq kriteriyalar açıqlanıb. Bildirilib ki, Cümhuriyyətin 100-cü ilində kosmosda olacaq türkiyəli sərnişinin 45 yaşdan aşağı olması, ingilis dilini çox yaxşı bilməsi, tibb fakültələrindən birinin bakalavr dərəcəsinə malik olması lazımdır. Müraciət edəcək namizədlərin boyu 149,5 sm-dən 190,5 sm-ə qədər, 43 kilo ilə 110 kiloqram arasında, təzyiq göstəricilərinin 155/95-dən aşağı olması lazım olduğu bildirilib. Bundan əlavə, namizədlərin hər iki gözü təbii olaraq 100 faiz görmə kəskinliyinə malik olmalı, rəng görmə pozğunluğu olmamalı, protezlərdən istifadə etməməli və bədənlərində platin-vintlər olmamalıdır. Eyni zamanda xroniki ürək-damar xəstəliyi olmayan, panik pozğunluğu, anksiyete pozğunluğu, psixotik pozğunluq, bipolyar pozğunluq, intihar düşüncəsi, yuxusuzluq və ya digər ağır şəxsiyyət pozğunluqları, alkoqol, narkotik, stimullaşdırıcı maddə və ya narkotik asılılığı yaşamayan, qaranlıq və qapalı məkanlardan qorxmama, epilepsiya, MS (dağınıq skleroz), insult (iflic) kimi sinir sistemi pozğunluqları yaşamamış olmalıdır. Xatırladaq ki,müraciətlərin qəbulu 23 iyun 2022-ci il saat 20:23-də başa çatacaq.

Bir müddət əvvəl fırtınada çətir tutmaq istəyərkən çətirlə havaya qalxan və “çətirlə uçan adam” kimi internetdə tanına Sadık Kocadallı Türkiyənin kosmosa göndərdiyi ilk Türk olmaq istədiyini açıqlayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Osmaniyedə yaşayan Kocadallı bəzi kriteriyalarının olmamasına baxmayaraq, kosmosa getmək istədiyini bildirib.

Xatırladaq ki, 2019-cu ildə Türkiyənin gündəmində olan, viral hala gələn bir hadisə baş vermişdi. Bu hadisə, Osmaniyedə yaşayan Sadık Kocadallı adlı şəxsin fırtınada havaya qalxan çətirlə uçuşu idi. Təhlükəsizlik kameralarına əks olunan hadisə o dövrdə bütün sosial media platformalarının ən populyar paylaşımlarından birinə çevrilmişdi. Kocadallı indi bir daha xəbərin mövzusuna çevrilib. Belə ki, Türkiyə bir neçə gündür ki, prezident Ərdoğanın kosmosla bağlı açıqlamalarından danışır. Verilən açıqlamalara görə, vətəndaşlardan biri gələn il Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək və “kosmosa çıxan ilk Türk” olacaq. Sadık Kocadallı da məhz bu açıqlamalarla yenidən gündəmə gəlib. “Çətirlə uçan adam” kimi yadda qalan vətəndaş kosmosa çıxan ilk Türk olmaq istədiyini açıqlayıb.

Türkiyə tərəfindən kosmosa göndərilən ilk Türk olmaq istədiyini bildirən Sadık Kocadallı: "Artıq Türkiyənin gündəmində məşhur olduq. Prezidentimiz kosmosa getmək üçün Türklərdən bir neçəsini seçir. Uçan adam kimi məşhurlaşdım. İndi mən də kosmosa uçmaq istəyirəm. Cənab prezident, məni də kosmosa göndərsə, yaxşı olar. Mənim kriteriyalarımın bəziləri uyğun gəlir, bəziləri yox, amma indi uyğun gəlməyən kriteriyalara uyğun gəlməyə çalışacağıq”.

“Çətirlə uçan adam” Sadık Kocadallının Mehmet Şabap adlı dostu qeyd edib ki, dostunu dəstəkləyir: “Biznesmen dostu olaraq kosmosa getməsindən məmnun olarıq. O da kriteriyalara əməl edərdi".

Qeyd edək ki, bu məsələ ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib. Müraciətin həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

İlahin, Bizimyol.info

Mənbə:
0
734
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar