• Şikayət et

NATO-dan Ukrayna ilə bağlı Putini qəzəbləndirən açıqlama

Ukraynada müharibə tam sürətlə davam edərkən NATO-dan Rusiyanı qəzəbləndirəcək Ukrayna bəyanatı gəlib. “NATO-nun qapıları açıqdır” bəyanatından sonra ilk cavab Ukraynadan gəlib. Zelenski Rusiyanın növbəti hədəfini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Putinin sərəncamı ilə başlayan Ukrayna müharibəsi ölkənin şərq bölgələrində can almaqda davam edir. Madriddə keçirilən NATO sammitində əsas məsələlərdən biri kimi Rusiyanın hücumu gündəmə gəlib. NATO Rusiyanı ittifaqın təhlükəsizliyinə birbaşa təhdid kimi təqdim edib və Türkiyənin vetonu ləğv etməsindən sonra İsveç və Finlandiyanı NATO-ya dəvət edib.

Tarixi toplantıdan sonra NATO-nun baş katibi Yens Stoltenberq “NATO liderləri yeni təhlükəsizlik təhdidi qarşısında müdafiə və çəkindirmə gücümüzdə əsaslı dəyişikliklə bağlı razılığa gəldilər” sözləri ilə yeni dövrü elan edib. Stoltenberq Ukraynanın NATO-ya üzv olub-olmayacağı ilə bağlı suala “NATO-nun qapıları açıqdır, Ukraynanın üzvlüyü ilə bağlı bunu deyə bilərəm”,- deyə cavab verib. Stoltenberqin Rusiyanın Ukraynaya müdaxiləsinin səbəblərindən biri olan NATO-ya üzvlüklə bağlı açıqlaması “NATO-dan ilk addım” kimi şərh edilib və şübhəsiz ki, Putini qıcıqlandıran bir açıqlamadır.

Zelenskinin Prezident Aparatının rəhbərinin müavini İqor Jovkva qeyd edib ki, İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün rəsmi dəvət almasından sonra Kiyevin ittifaqa qoşulma ehtimalı artıb.

Ukrayna mərkəzli “Avropa Həqiqəti” telekanalının müxbirinə danışan Jovkva İsveç və Finlandiyanın Üzvlük Fəaliyyət Planı prosesindən keçmədən NATO-ya dəvət edildiyinə diqqət çəkərək Ukraynanın da eyni fürsətdən yararlana biləcəyini vurğulayıb.

Digər tərəfdən, diqqətəlayiq bir Rusiya xəbərdarlığı da Zelenskidən gəlib. Aylardır Rusiyanın hücumlarına müqavimət göstərən Ukrayna lideri Putinin bir il ərzində NATO ölkəsini hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib. Zelenski NATO liderlərinə xitabən etdiyi çıxışında bu açıqlamaları verib; “Gələn il vəziyyət təkcə Ukrayna üçün deyil, Rusiyanın atəşi altına düşə biləcək bəzi digər ölkələr, ola bilsin ki, NATO üzvləri üçün də daha pis ola bilər”,- deyə Ukrayna prezidenti bildirib.

Bu arada bir sıra ekspertlər də Rusiyanın NATO üzvü olan Baltikyanı ölkələrdən birinə hücum edərək NATO-nu fakt qarşısında qoymaq istəyəcəyini düşünürlər. Belə bir hücumdan sonra Putin dünyanı nüvə silahı ilə hədələyib geriyə addım atmaq müqabilində NATO-nun sərhədlərini geri çəkməsini tələb edə bilər.

Leyla, Bizimyol.info

Mənbə:
0
144
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar