• Şikayət et

“Oxumağı xoşlamır, iclaslarda darıxır, gözləri zəifdir, amma eynək taxmır”

Rusiya Prezidenti Vladimir Putinin həyat tərzi dünyada çoxları üçün maraqlıdır. Əslində, onun haqqında çox şey bilmirik. Putin hətta övladlarının sayını da gizli saxlayır. Heç bir uşağı ilə şəkil çəkdirmir. Şəxsi həyatı barədə müzakirələrdən həmişə qaçır. Onun uşaqlığı, yaxınları barədə ortada geniş məlumat yoxdur.

Bizimyol.info xəbər verir ki, rusiyalı bloger və hüquq müdafiəçisi Mark Feygin Putinin vərdişlərindən danışıb. O, dövlət başçısının eynək taxmağı xoşlamadığını, müşavirələrə həmişə gecikdiyini, sənədləri sərbəst oxumağı sevmədiyini deyib. Blogerin sadaladığı nüanslar siyasətçinin obrazını müəyyən qədər açmağa kömək edir.

Belə fikir var ki, Putinin əvəzindən vacib məsələləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasını Katibi Nikolay Patruşev həll edir. Feygin bunu ölkə rəhbərinin generallarla heç vaxt görüşməməsi və xəritələrin qarşısında əyləşməkdən zəhləsinin getməsi ilə əlaqələndirib. Putin monoton işləri xoşlamır. İclaslar ürəyini sıxır. Feygin bizi əmin edir ki, bunları keçmiş baş nazir Mixail Kasyanovdan eşidib. Kasyanov ona Putinin xüsusilə iqtisadi müşavirlərə gecikdiyini danışıb. Onu bəzən 3-5 saat gözləmək lazım gəlir. Halbuki, adətən, müşavirələrin təcili olduğu elan edilir.

Putin məmurlarla görüşlərdə darıxdığını gizlətmir. Dövlət başçısı uzağı 10-15 dəqiqə onlarla söhbət etməyi özünə rəva görür.

Feygin rusiyalı bankir Sergey Puqaçovdan da maraqlı şeylər eşidib. Putin kitab oxumağı sevmir. Puqaçovun sözlərindən belə çıxıb ki, yaş sözünü deyir, ölkə rəhbəri pis görür. Amma prezident eynək taxmaqla diqqət çəkmək istəmir. Sənədlərə bir az göz gəzdirəndən sonra gözləri yorulur. Məhz buna görə Putin generallardan məlumatları ona şifahi çatdırmağı tələb edir.

Feygin iddia edir ki, Patruşev indi dövlət başçısına hər şeyi şəxsən özü çatdırır. Çünki Putin daha genarallarla söhbət etmək istəmir. Ölkə rəhbəri müşavirələrə heç vaxt olmadığı qədər dözümsüz yanaşır.

Aytən, Bizimyol.info

Mənbə:
0
45
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar