• Şikayət et

Ronaldo klubunu dəyişməsə...

 

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo karyerasında ilk dəfə Çempionlar Liqasında oynamamaq riski ilə üzləşib.

101.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 36-cı turunda "Brayton"a 0:4 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted" növbəti mövsümdə ÇL-də oynamaq iştirak şanslarını itirib.

Portuqaliyalı futbolçu "Sportinq"lə debüt etdiyi ÇL-də 2002/2003 mövsümündən başlayaraq hər mövsüm bu turnirdə oynayıb. 37 yaşlı oyunçu yayda klubunu dəyişməsə, ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Kriştiano bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib.

Mənbə:
0
938
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar