• Şikayət et

Şimali Koreyada bir gündə 134 min insan xəstəliyə yoluxub

Şimali Koreya hakimiyyəti son sutka ərzində ən azı 134 510 nəfərdə qızdırma əlamətləri aşkarlayıb, aprelin sonundan bəri koronavirusun yayılması fonunda belə halların ümumi sayı 2,94 milyonu ötüb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən "Yonhap" xəbər agentliyi məlumat verib.

Qızdırması olan xəstələrin ümumi sayından 2,54 milyon nəfər sağalıb, 400 mini müalicə olunur. Son sutka ərzində ölən olmayıb, ölənlərin ümumi sayı 68-də qalıb. Seulun məlumatına görə, “qızdırmalı xəstələrin” sayına təkcə koronavirusa yoluxanlar daxil deyil. KXDR səlahiyyətlilərinin məhdud kütləvi testlər və "COVID-19"un dəqiq aşkarlanması səbəbindən qızdırma əlamətləri olan insanlarla bağlı statistika apardığı iddia edilir.

“Epidemiya əleyhinə nəzarət sisteminin maksimum səviyyəsinin tətbiqindən bir neçə gün sonra insident və ölüm nisbəti kəskin şəkildə azalıb. Sağalanların isə artdığı bildirilir ki, bu da pandemiyanın yayılmasına effektiv nəzarətə və sabit vəziyyətin saxlanmasına səbəb oldu", - deyə KCNA-nın bəyanatında deyilir.

Qeydə alınan yoluxma sayının gündəlik artımı ardıcıl üçüncü gündür 200 min xəstədən az qeydə alınıb. "Yonhap" yazır ki, KXDR-in əhalisi təxminən 24 milyon nəfərdir.

Qeyd edək ki, mayın 12-də Koreyanın Mərkəzi Xəbər Agentliyi ölkədə ilk dəfə olaraq koronavirus infeksiyasının aşkarlanması barədə məlumat yayıb. Bununla bağlı KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb. O, ölkənin bütün şəhər və rayonlarında karantin rejimi tətbiq etməyi tapşırıb.

Mənbə:
0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar