• Şikayət et

Zelenski: Qarşıdakı həftələrdə müharibə çətin olacaq - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edir ki, müharibənin qarşıdakı həftələri çətin olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, axşam videomüraciətində bildirib.

“Rusiya işğalçıları bunu göstərməyə çox çalışırlar ki, guya Xarkov vilayətinin ələ keçirilən ərazilərindən əl çəkməyəcəklər. Həmçinin Xerson vilayətindən, Zaporojye vilayətinin işğal olunmuş ərazilərindən və Donbasdan imtina etməyəcək. Harasa gəlirlədiklərini, harasa, ehtiyat qüvvələr yerləşdirdiklərini, haradasa, tutduqları mövqeləri möhkəmləndirməyə çalışdılarını nümaiş etdirirlər. Bu da ona işarədir ki, qarşıdakı həftələr müharibə intensiv və çətin olacaq. Biz də bundan xəbərdar olmalı və nəticə çıxararaq abaqlayıcı tədbirlər görməliyik”, - deyə Zelenski vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.

“Döyüşək, mübarizə aparaq və qalib gələk. Bizim bundan başqa yolumuz yoxdur. Torpağımızı, xalqımızı azad edək. Çünki işğalçılar bizdən nəyisə, bir şey yox, sahib olduğumuz hər şeyi əlimizdən almaq istəyirlər.

O cümlədən ukraynalıların yaşamaq hüququ”, - deyə dövlət başçısı vurğulayıb.

Ukrayna mətbuatının xəbər verdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, mayın 23-də axşam saatlarında Severodonetsk istiqamətində rus işğalçıları itki verərək geri çəkiliblər.

"Donetsk istiqamətində düşmən bölmələri qoşunlarımızı mühasirəyə almaq və Luqansk vilayətinin inzibati sərhədlərinə girmək üçün onların müdafiəsini yarıb keçmək cəhdlərindən əl çəkməyib. Xüsusən də Baxmut istiqamətində düşmən hücuma keçməyə cəhd etsə də, buna nail ola bilməyib. Luqansk istiqamətində düşmən güc sınağı keçirməyə cəhd etsə də, uğur qazana bilməyib və geri çəkilməyə məcbur olub", - deyə məlumatda bildirilir.

Mənbə:
0
665
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar