• Şikayət et

Nigeriyada hərbi təyyarə qəzasında ölənlərin sayı 11-ə yüksəlib

Nigeriyanın Kaduna əyalətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə yüksəlib.

Nigeriya Müdafiə Nazirliyinin nümayəndəsi Məhəmməd Yerimanın verdiyi məlumata görə, Abucadan havaya qalxan təyyarənin göyərtəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi İbrahim Attahiru da olub.

"Nigeriya ordusu dərin kədərlə general-leytenant İbrahim Attahirin öldüyü açıqlayır", Yerima bildirib.

Onun sözlərinə görə, qəzanın təfərrüatları və matəm mərasimi ilə bağlı məlumatlar qısa müddətdə açıqlanacaq.

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, Nigeriya Prezidenti Məhəmməd Buxari də qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Mənbə:
0
3016
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar