“İlham Əliyevin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tapan bu məmurlara daha sözüm yoxdur”
Ekspert deyib ki, ona məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər: “Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır.
Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib.
Ölkənin bir çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir? Bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar”.
K.Əsədov deyib ki, digər fakt isə adamı lap dəhşətə gətirir. Onun sözlərinə görə, ölkədəki 44 günlük Vətən Müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış bannerin də qaimə qiyməti 350 manatdır: “Bu bannerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və guya bizim nazirlik də müharibəyə öz töhfəsini verib.
Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu bannerin maya dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri dirilmək yolunu necə tapır?
Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndərilər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz.
Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur…
Nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır. Burada məqsəd həmin aktivlərin qiymətini və maya-dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onların rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa heç olmazsa faktiki qiyməti maya-dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər adama təsir etməzdi.
Məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?”
ABŞ Ədliyyə Nazirliyi prezidentin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona qarşı İranın sui-qəsd planını hazırlamağa çalışdığını açıqlayıb.
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü keçmiş milli təhlükəsizlik müşavirini öldürməyə cəhddə ittiham olunur. Təqsirləndirilən şəxs 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, qətli həyata keçirmək məqsədilə cinayəti işləyəcək şəxslərə pul vədi verib və SEPAH-ın adından çalışıb”, – deyə nazirlik bildirib.
2021-ci ilin oktyabr ayından SEPAH üçün işləyən 45 yaşlı Şəhram Pursəfi “Qüds” qüvvələrinin komandiri Qasım Süleymaninin qisasını almaq üçün Con Boltonu qətlə yetirmək üçün paytaxt Vaşinqton ətrafında bəzi şəxslərlə danışıqlar aparıb.
Mehdi Rzayi kimi də tanınan iranlı Boltonu Vaşinqton və ya Merilenddə öldürmək üçün 300 min dollar təklif edib.
Nazirlik barəsində cinayət işi açılan Pursəfinin hazırda ABŞ xaricində olduğunu və tutulacağı təqdirdə mühakimə ediləcəyini bildirib.
ABŞ-nin 44-cü prezidenti Barak Obama dövründə İranla imzalanan nüvə sazişinə qarşı çıxan Bolton 17 ay Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.
Bu il fevralın 11-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında B.Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisəni törədən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədli Vətən müharibəsi qazisidir. Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.
Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.
Vətən müharibəsi iştirakçısı olan Bəxtiyar 4 medalla mükafatlandırılıb.
“Avqustun 9-da saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 99-??-777 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sürücüsü tərəfindən xuliqanlıq əməli ilə üzləşmişəm”.
O qeyd edib ki, həmin şəxs onu maşına mindirib aparmaq məqsədilə çantasını zorla əlindən alıb: “Mən Masazır dairəsindəki avtobus dayanacağında olarkən həmin şəxs yaxınlaşaraq avtomobilə minməyimi təklif etdi. Daha sonra çantamı alaraq avtomobilə qoydu və məni maşına minməyə vadar etməyə çalışaraq zorakılıq etdi. Ona bildirdim ki, nişanlıyam, problem yaratmasın. 40-42 yaşlı həmin şəxs daha sonra çantama vizitka ataraq geri qaytardı”.
Şikayətçi qadın hadisə barədə polisə müraciət etdiyini bildirib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Ü.Ç. tərəfindən müraciət daxil olub: “Məsələ hazırda Abşeron RPİ-nin əməkdaşları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
“Artsaxın (Qarabağın) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”.
Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur: “Özünümüdafiə ordusundan imtina satqınlığa bərabərdir. Sülhməramlılar kontingenti hazırkı sayı ilə müvafiq sərhəd boyunca döyüş keşiyi çəkmək iqtidarında deyil. Biz öz müdafiəmizi sülhməramlıların dəstəyi ilə özümüz təşkil etməliyik”.
Qeyd edək ki, Qarabağda elan edilmiş qismən səfərbərlik 7 gün davam edib. Separatçıların prezidenti kimi təqdim olunan Araik Arutyunyan bu barədə müvafiq sənədi avqustun 3-də iki erməni əsgərin ölməsindən və iyirmiyədək erməni hərbi qulluqçunun yaralanmasından sonra imzalamışdı.
Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 43 min (dünən bu rəqəm 42 800 idi) hərbçisi məhv edilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 846 (+14) tank, 4 100 (+14) zirehli döyüş maşını, 974 (+3) artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 134 (+1) hava hücumundan müdafiə sistemi, 232 təyyarə, 193 helikopter, 772 (+6) PUA, 185 qanadlı raket, 15 gəmi, 3 018 (+13) avtomobil texnikası və avtosistern, 90 (+1) xüsusi texnikadan ibarətdir.
Ötən gün ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
Adətən müştərilər restoranda yemək sifarişi verərkən büdcələrinə uyğun olması üçün əvvəlcədən qiymətlərə nəzər yetirirlər. Lakin hesabı istəyən zaman qonaqlar xoşagəlməz sürprizlə qarşılaşırlar.
Restoran sektorunda hesaba “servis haqqı” əlavə olunur. Bu isə müştərilərin narazılıqlarına səbəb olur. Maraqlıdır, restoranların bu addımı nə dərəcədə doğrudur? Müştəri “servis haqqı” ödəməkdən imtina edə bilərmi?
Onun sözlərinə görə, bu, istehlakçı hüquqlarının pozulması deməkdir: “Hərə özünə bir ad qoyub “servis haqqı” tələb edir. Bununla bağlı qanunda heç nə qeyd olunmayıb. İqtisadiyyat Nazirliyi qarşısında məsələni qaldırdıqda isə bildirilir ki, onlar biznes qurublar və istədikləri kimi hərəkət edirlər. Ən azından əvvəlcədən istehlakçıya bunun barəsində məlumat verilməlidir. Dünyanın hər yerində belə bir qayda var, əgər müştəriyə yaxşı xidmət göstərilsə, o, mütləq sənə çaypulu verəcək. Təəssüf ki, nə Nazirlər Kabineti, nə də İqtisadiyyat Nazirliyi restoranlar üçün heç bir qayda hazırlamayıb”.
Ekspert hesab edir ki, bu tələb Azərbaycanda turizmin inkişafına böyük zərbədir: “Qanun qadağa eləmir, lakin istehlakçı əvvəlcədən nə qədər “servis haqqı” ödəyəcəyini bilməlidir. Bu, ya menyuda, ya da masanın üzərində bir kağızda yazılmalıdır. Doğrudur, buna bənzər təcrübələr başqa ölkələrdə var. Məsələn, Kanadada 20 faizə qədər “çaypulu” verməlisən. Amerikada istehlakçı restorana girəndə ödəniş kartını alıb saxlayır, pula müdaxilə etməmək şərtilə bəzi parametrləri götürürlər. Sonda problem olarsa, istehlakçıdan orada da “servis haqqı” alınır”.
Marketoloq Hikmət Əliyev isə bildirib ki, müştəri “servis haqqı”ndan imtina edə bilər: “Beynəlxalq təcrübədə də bu var. Təbii ki, müştəri buna öz etirazını bildirə bilər. Əgər restoran “servis haqqı” barədə menyuda qeyd edibsə, qiymətə daxil edilə bilər. Müştəri buna razı olduğu üçün qanunsuz heç nə yoxdur”.
Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMW markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.
Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar: “Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”.
Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı barədə bəyannamə təqdim etməlidirlər: “Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.
Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevin iddiası üzrə növbəti proses keçirilib.
Son olaraq Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev bildirib ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.
Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.
Ötən prosesdə iddiaçı Riyad Əliyevin vəkili və nümayəndəsi Gülşən Salmanova prosesin qapalı keçirilməsini, jurnalistlərin iştirakı olmadan davam etdirilməsini istəmişdi. Hakim Günel Əkbərli vəkilin vəsatətini yazılı şəkildə təqdim etməsi üçün prosesdə bir neçə günlük fasilə elan etmişdi.
Avqustun 10-na təyin olunmuş prosesdə vəkil 1 vərəqdən ibarət olan vəsatətini məhkəməyə təqdim etdi. Gülşən Salmanova vəsatətində ümumi sözlərlə işdə kommersiya sirlərinin, məhkəmə iclasında səsləndiriləcək ailə və şəxsi həyatla bağlı məsələlərin nəzərə alınaraq prosesin qapalı keçirilməsini xahiş edib.
Cavabdeh tərəfin vəkilləri bildiriblər ki, vəsatət əsaslandırılmayıb, işdə kommersiya sirlərindən söhbət getmir. Belə sirlərin olacağı təqdirdə iddiaya Kommersiya Məhkəməsində baxılmalıdır. Ailə sirlərinə gəldikdə isə yenə də həmin sirlər olacağı halda, məhkəmə prosesinin həmin hissəsində prosesin qapalı keçirilə bilməsini məhkəmənin diqqətinə çatdırıblar. Vəkillər əlavə edib ki, iddia etibarnamələrin ləğv edilməsinə etiraz olduğu üçün burada ailə sirrindən və şəxsi məlumatlardan söhbət gedə bilməz. Hakimin diqqətinə çatdırıblar ki, məhkəmə iclasında media nümayəndələrinin iştirakına etiraz etmirlər.
Hakim vəsatətə münasibət bildirmək üçün müşavirə otağına gedib. Bir neçə dəqiqə sonra geri dönən hakim vəsatətin təmin edildiyini elan edib. Prosesin qapalı keçirilməsini əsaslandırmaqdan yayınıb.
Cavabdeh tərəfin vəkilləri prosesin qapalı keçirilməsi üçün əsasların olmadığını hakim diqqətinə çatdırmaqla etirazlarını bildiriblər. Bundan sonra proses iddiaçı və cavabdeh tərəfin vəkillərinin iştirakı ilə davam etdirilib.
Proses 29 avqust 16:30-da davam etdiriləcək.
Qeyd edək ki, Prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.
İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi. İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb. Şahbaz Şahbazov barəsində cinayət işi başlanıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.
Qeyd edək ki, Riyad Əliyev tez-tez qalmaqallı hadisələrlə gündəmə gəlib. O, daha əvvəl yol polisləri ilə dava etdiyinə görə inzibati qaydada həbs edilib.
Bundan başqa onlara məxsus “Riad” mühafizə şirkətinin adı da müxtəlif qalmaqallara qarışdığı üçün lisenziyası ləğv edilib.
Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb.
Bu dövrdə “Şirak” hava limanında sərnişin axını 32 557 nəfər (ölkəyə 15 668 nəfər gəlib, 16 889 nəfər gedib) təşkil edib.
Bu ilin birinci yarısında gələnlərin sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla) 681 608 nəfər təşkil edib. Qeyd olunan dövrdə Ermənistandan gedənlərin sayı 674 760 nəfərdir.
Xatırladaq ki, 2021-ci ilin ilk altı ayında Ermənistandan hava yolu ilə 416 040 nəfər getmişdi.
Bununla da məlum olur ki, 2022-ci ilin birinci yarısında Ermənistandan hava yolu ilə mühacirət 60 faiz artıb.
Krımın “Saki” aviabazasında dünənki partlayışlar nəticəsində 9 təyyarə məhv edilib.
O bildirib ki, aerodrom sıradan çıxarılıb.
Deputatın sözlərinə görə, həmçinin aviasiya silahlarının anbarı da məhv edilib.
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.
Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.
Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.
Qarabağdakı erməni quldur dəstəsinin başçısı Göyçə gölünün sahilində malikanə tikdirir.
İmarət Göyçə Milli Parkına məxsus inzibati ərazidə inşa olunur.
Separatçının mətbuat katibi Lusine Avanesyan məsələ ilə bağlı medianın sorğusuna məhəl qoymayıb.
Görünür, Azərbaycan Qarabağ bölgəsi üzərində konstitusiya nəzarətini tam bərpa etdikdən sonra Arutyunyan öz firavan gələcəyini təmin etmək üçün Göyçə gölünün sahilinə köçməyi və ömrünü orada keçirməyi planlaşdırır.Konkret.az
Paytaxt Riqada latviyalı həmkarı Artis Pabrikslə görüşən ABŞ müdafiə naziri Lloyd Ostin Rumıniya və Avropanın digər bölgələrindəki Amerika qoşunlarının Baltikyanı ölkələrində daimi rotasiya planlarının olduğunu, amma əlavə qüvvələrin gətirilə biləcəyini açıqlayıb.
Ostin ABŞ-ın Baltikyanı regionun özünü müdafiə etməsinə yardım edəcəyinə dair öhdəliklərini xatırladıb.
Pabriks isə bildirib ki, əsas prioritetləri ABŞ-ın bölgədə daha çox hərbi gücünün olması və Latviya qoşunlarının müntəzəm təlimlərinin keçirilməsidir. Nazir onu da deyib ki, ölkəsinin yeni hərbi texnika almaq, hava və sahil müdafiəsini gücləndirmək üçün ABŞ-dan əlavə maliyyə yardımına ehtiyacı var.
Rusiyanın müttəfiqi, Latviyanın qonşusu Belarusdan gələ biləcək təhlükəyə toxunan Pabriks Belarusu müstəqil dövlət kimi görmədiyini və Rusiyanın bir hissəsi olduğunu iddia edib.
Ostinin təxminən son 30 ildə Latviyaya səfər edən ilk ABŞ müdafiə naziri olduğuna, bununla Rusiyanın qərb sərhədlərində yerləşən Baltikyanı ölkələrin artan önəminə diqqət çəkilir.
ABŞ Avropaya ümumilikdə 100 minə yaxın hərbçi göndərib. Hazırda Latviyada 500-ə yaxın ABŞ hərbçisi var.
Teleqraf
Rusiyanın Mi-8 helikopteri Estoniyanın Koydula sərhəd-keçid məntəqəsi istiqamətində icazəsiz hava məkanına daxil olub.
“Estoniya nöqteyi-nəzərindən bu, çox ciddi və kədərli haldır. Həm də, heç bir halda qəbul olunmazdır”, – bəyanatda deyilir.
Həmçinin, hadisəyə etiraz etmək üçün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb və ona ölkənin hava sərhədinin pozulması ilə bağlı nota təqdim edib.
axar.az
Qarabağ ətrafında vəziyyətin indiki gərginləşməsini mən öncədən proqnozlamışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər.
“Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək.
Rusiya mətbuatında Qarabağ ətrafında baş verənlərə münasibətə gəlincə, demək olar ki, o yox səviyyəsində idi. Bu mövzuda ara-sıra nəşrlər Rusiya mətbuatında çıxdı. Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi diqqəti cəlb etmədi. Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur.
Tamamilə göz qabağındadır ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar – buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə – heç vaxt. Bunun bir neçə izahı var.
Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarım ərzində bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı “hərbi polislər” durub.
İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da öz növbəsində Qarabağda sülhməramlıların ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir.
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi xüsusi əməliyyata şəxsi münasibətimə gəlincə isə, 2020-ci il sentyabrın 27-də olduğu kimi, indi də mən Azərbaycan Ordusunun yanındayam!” – deyə həmsöhbətimiz bildirib./Axar.az
Filippin Rusiya ilə 16 hərbi-nəqliyyat vertolyotunun alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni rəsmən ləğv etdiyini açıqlayıb. Qərarın ABŞ-dan gələn sanksiyalarla bağlı narahatlıq səbəbindən verildiyi bildirilir.
Nazirlik Rusiyanın SOVTEXNOEXPORT şirkəti ilə Filippin Hərbi Hava Qüvvələri üçün 16 ağır yükdaşıyan “Mi-17” helikopterinin alınmasına dair müqaviləsinin ləğvini rəsmiləşdirib.
Filippin 227 milyon dollarlıq müqavilənin ləğvindən irəli gələn məsələlərlə bağlı Rusiya tərəfi ilə diplomatik dialoqa başlamağa hazırlaşırlar.
Keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, müqavilənin ləğvi barədə qərar Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda ABŞ-ın sanksiyaları ilə bağlı narahatlıq səbəbindən verilib.
Lorenza hökumətin müqavilə üçün ödədiyi 2 milyard peso (36 milyon dollar) ilkin ödənişi geri ala biləcəyinə əmin olmadığını söyləyib.
Avqustun 25-dək Laçın və Zabuğu tərk etməli olan haylar işğal dövründə həmin məntqələrdə qanunsuz olaraq tikdikləri kilsələrdəki xaçkarları, “xatirə daşları”nı, qəbirüstü abidələri, saxtalaşdırılmış muzey eksponatları, kitabxana fondlarını və s. də özləri ilə aparmaq qərarına gəliblər.
L.Ovannisyanın sözlərinə görə, Laçın şəhəri, Zabux və Sus kəndindən artıq 20-dən çox xaçkar və abidə, eləcə də Laçındakı kitabxana daşınıb. Qondarma nazir bildirib ki, daşınan əşyalar əsasən Xankəndidə yerləşdiriləcək…Moderator.az
Avqustun 25-dək Laçın və Zabuğu tərk etməli olan haylar işğal dövründə həmin məntqələrdə qanunsuz olaraq tikdikləri kilsələrdəki xaçkarları, “xatirə daşları”nı, qəbirüstü abidələri, saxtalaşdırılmış muzey eksponatları, kitabxana fondlarını və s. də özləri ilə aparmaq qərarına gəliblər.
L.Ovannisyanın sözlərinə görə, Laçın şəhəri, Zabux və Sus kəndindən artıq 20-dən çox xaçkar və abidə, eləcə də Laçındakı kitabxana daşınıb. Qondarma nazir bildirib ki, daşınan əşyalar əsasən Xankəndidə yerləşdiriləcək…Moderator.az