• Şikayət et

Qazaxıstan parlamenti Ermənistana neft məhsullarının satışına dair sazişi ratifikasiya edib

Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) cümə axşamı Ermənistana neft məhsullarının tədarükü sahəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib. İclas qanunverici orqanın saytında yayımlanır.

Marja xəbər verir ki, Ermənistanla müqavilə 2020-ci ilin iyulunda Nur-Sultanda imzalanıb. 

Qazaxıstandan Ermənistana tədarük edilən göstərilən mallar üçüncü ölkələrə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) ölkələrinə ixrac oluna bilməz. Bu öhdəliyin pozulması faktları aşkar olunarsa, Qazaxıstan tərəfi bu malların rüsumsuz çatdırılmasını qadağan etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

Ermənistana neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında saziş Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev imzalamalıdır.

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar