• Şikayət et

Qəzzadan Təl-Əviv istiqamətində yenidən raket hücumu həyata keçirilib

“Səraya əl-Qüds” və “İzzuddin əl-Qəssam” hərbi briqadaları aviazərbələrə cavab olaraq növbəti dəfə İsrailin paytaxtını yüzlərlə raketlə hədəfə aldıqlarını bildiriblər.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün sübh “Səraya əl-Qüds” və “İzzuddin əl-Qəssam” hərbi briqadaları tərəfindən İsrailin paytaxtı Təl-Əviv istiqamətində 250-ə yaxın raket atılıb.

Bu hücum dalğası Təl-Əvivin cənub rayonlarında dağıntılara səbəb olub.

Eləcə də Aşkelon, Aşdod, Sderot, Beer-Şava və sair şəhərlər raket hücumlarına məruz qalıb.

Ötən gün axşam hücumun birinci dalğası Təl-Əvivdə dağıntılara və yanğınlara səbəb olmuşdu.

Fələstinli hərəkatlar ikinci hücumda yeni raketlərdən istifadə etdiklərini bildiriblər.

Qəzzaya endirilən hava zərbələri bu gün də davam edib. Hava zərbələrində ölənlərin sayı 35-ə çatıb və onların 12-i uşaqdır.

Mənbə:
0
3147
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar