• Şikayət et

Ruslar Ukrayna hərbi formasında döyüş postunu ələ keçirməyə cəhd etdi

Ukrayna və Rusiya hərbçiləri arasında toqquşma baş verib. Nikolayev vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimində olan ruslar nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Pivden" Əməliyyat Komandanlığı məlumat yayıb.

"Düşmən minaatan atəşi altında iki "Tiqr" zirehli döyüş maşınının dəstəyi ilə bizim müşahidə məntəqəmizi ələ keçirməyə cəhd edib. Onlar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimində olublar", - məlumatda deyilir.

Hadisə Nikolayev vilayətinin şimal-şərqində, Krivoy Roq istiqamətində baş verib.

Milli.Az

Mənbə:
0
59
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar