• Şikayət et

Ukraynadakı vəziyyətlə bağlı kütləvi aclıq ola bilər

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı vəziyyətlə bağlı dünyanın müxtəlif regionlarında kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib.

"Dünyanın bir çox bölgələri, xüsusilə Şərqi və Cənubi Afrika qarşıdakı aylarda aclıq və ölüm təhlükəsi ilə üzləşir", - Ştaynmayer deyib.

Milli.Az "Report"a istinadən bildirir ki, eyni zamanda, o, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin torpaqların quruduğu və münbitləşdiyi bölgələrə mənfi təsir etdiyini iddia edib.

Almaniya Prezidenti əlavə edib ki, milyonlarla ton taxılın Ukrayna limanlarında blokadada olması səbəbindən bu məhsulun dünya qiymətləri kəskin artıb.

Bununla bağlı Ştaynmayer yenidən Rusiya hakimiyyətini qoşunları Ukraynadan dərhal çıxarmağa çağırıb.

"Ukraynanın suverenliyinə hörmət edin, döyüşləri dayandırın", - Ştaynmayer vurğulayıb.

Milli.Az

Mənbə:
0
37
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar