• Şikayət et

Çavuşoğlu İsraildə səfərdədir

"İsraillə müsbət gündəm üzərində işləmək fikir ayrılıqlarını konstruktiv şəkildə həll etməyə də kömək edə bilər."

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu İsraildə rəsmi səfərdə olan Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Yair Lapid ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

Çavuşoğlu deyib:

 “Türkiyə və İsrail qarşılıqlı ticarətlə məşğul olan ölkələridir. Ötən il ticarət dövriyyəmiz 8 milyard dolları ötüb. Bu ilin birinci rübündə göstəricilər müsbətdir. İxracatda da rekordlar var. Biz iqtisadi əməkdaşlığı artırmaq əzmindəyik.

İsraillilərin Türkiyəni nə qədər sevdiyini qeyd etdiniz. Müsbət gündəm üzərində işləmək də bizə münaqişələri konstruktiv şəkildə idarə etməyə kömək edə bilər. Biz bir çox sahələrdə əlaqələrimizə yeni enerji gətirmək və bundan sonra fərqli mexanizmlər yaratmaq barədə razılığa gəldik.

Fərqlərimizə baxmayaraq, davamlı dialoq faydalı olacaq. Biz inanırıq ki, BMT parametrləri çərçivəsində iki dövlətli həll davamlı sülh üçün yeganə həll yoludur. Qalıcı sülhü görmək istəyirik.”

Son

İlahə Əliyeva 

Mənbə:
0
21
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar