• Şikayət et

Fırtına

Hirslə, haray-həşirlə buludlar baş-başa toquşur, şimşəklər də onların davasına hakimlik edirmiş kimi arada bir işığını salıb, hansının yaralı olmasını yoxluyurdu. Mənəm-mən deyən buludların bir-birlərinə vurduğu zərbələrin əks sədası yeri göyü lərzəyə gətirirdi.

Hikkəli buludların dava ehtirası gözlərini elə tutmuşdu, göyün bir güncünə çəkilən nazlı ağ pəmpəcə gözəllərin tir-tir əsən vicudları görünməz olmuşdu. Zərif ağ bulud topaları nə baş verdiyini anlamırdı. Qısqanclıqdan toqquşub parça-parça olan qara buludlar ölümü həvəslə qucaqlayır, yalnız o vaxt anlayırdılar ki, ağca buludlardan biri üçün duelə çıxdıqları daha güclü rəqib onları göz yaşına çevirib göylərdən yerə səpələnməyə məcbur edib. Bəxtsiz buz parçalarını rüzgarlar hara gəldi atırdı. Ağacların budaqlarına, evlərin damına. Məğlublar üçün nə külək, nə ildırım yas tuturdu. Selə çevrilib dərələrdə guruldayan haraylarını belə qayalar boğmağa cəhd edirdi.

Quşlar oxuyur, kəpənəklər uçuşurdu. Kim bilir bəlkə də bir-birlərini anladacaq öz dillərində gecəki vahimənin dəhşətindən söhbət açırdılar. Ya da bəxtləri gətrib sağ qaldıqlarından məmnunca sevinclərini bölüşürdülər.

-Gülüm, buralarda gecə təbiətin nəyi vardısa qarışmışdı bir-birinə. Külək, şimşək, dolu, leysan

- fırtına olub? - deyə təəccüblü səs telefonun səs gücləndirici funksiyası işə salınıbmış kimi ucadan səsləndi. Sonra isə yavaşcadan:

-Sözə bax ee fıtına. Nə maraqlı sözdü, kim fikirləşib tapıb bu adı, fırtına

-Nə bilim kim tapıb, hər gün onsuz da mənə fırtınadır da

-Necə yəni?

- Bilmirəm ki…heç nədən dava-qırğın qoparırsan, bu da olur mənim fırtınam

-Mən durca yerə dava edirəm də, eləmi?

- Sən mənim canım, gecəki təbiət vahiməsindən yata bilməmişəm, bu gün üsyan etmə. Yaxşı? Mən qorxuram. O fırtına dediyin var ha onun əslini sən düzüb-qoşursan. Təbiətdəki nədir ki… əsdi, coşdu qurtardı getdi

- Da sənsən da. Bu gün qoy sülh günü olsun. Bir də ki, mən dəli ha deyiləm öz başımdan coşam. Bir səbəblər olur ki, qırğına çıxırıq da. Sənin sözlərin…

- Bax söz verdin ha!! Bu gün müharibəsiz ötüşəcəyik

- Him. Birdən ikiyə səbəbsiz…

-Sənə qurban, sənin könlün olanda yerin altından, göyün yeddinci qatından bəhanə tapırsan. Bax iki gün əvvəl nədi-nədi sənə dedim ki, mənim iri damlalı yağışdan xoşum gəlir. Dərhal yapışdın ki, damla sözünü xüsusi intonasiya ilə dedin. Niyə? Bəlkə Damla adlı tanış xanım düşdü yadına.

-Sənə nə var

-Yaxşı sən allah başlama görək. Bu gün neynəsən sənə əsas verməyəcəm küsməyə. Çünki sən küsəndə dünya başıma fırlanır.

Onun diqqətini yağışdan boynun əymiş yalançı sünbülün üstündəki prabüzən çəkdi. Gözəlliyini duymamaq mümkün deyildi. İlk ağlına gələn şəkilini çəkmək oldu. Sonra ehtiyatla əlinə götürüb, ürəyində arzu tutdu.

-Sənə nə oldu. Nə pauza verdin. Kimlə söhbət edirsən?

-Kimlə söhbət edəcəm ki..

Bax, şəklinə. Parabüzəndi. Əlimə götürüb, ürəyimdə arzu tutdum. Dedim ki, uç-uç uzaqlara. Mənim dualarımı çatdır allaha. De ki, qovuşmaq istəyirəm həsrətlimə

-Mənlə qovuşmağı nəzərdə tutursan?

- Dəli, başqa kimə qovuşasıyam ki?

- Düzün de mənlə?

-Əlbəttə canım mənim - deyə o sevincək telefonu daha da çox üzünə sıxdı. Sanki telefondan gələn səsi öpürmüş kimi pıçıltı ilə əlavə etdi:

Səndən başqa bir kimsəm yoxdu

- Sən qəsdən mənlə qovuşmaq arzunu duaya çevrib bu qanadları zərif olan parabüzənə yükləmisən. Bilə -bilə ki, olsa-olsa üç-beş metr uçacaq sonra ya yaralanıb məhv olacaq, ya da hansısa quş dimdiyində yeyiləcək onla bərabər arzun da.

-Ay allah!! Mən nə etdim yenə?

- Heç nə etmədin ki, allah bilir bəlkə də parabüzənin qanadlarındakı xallar sənə kimi xatırladıb

- Fırtına

-Nə? Yağış yağır?

-Yox

-Külək əsir?

-Yox

Şimşək çaxır?

-Yox

- Bəs bunun harası fırtına oldu?

Pərviz Yəhyalı

visiontv.az

Mənbə:
0
54
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar