• Şikayət et

Kreml sanksiyaların ləğvi üçün Ukraynadan taxıl ixracı üçün dəhlizi açmağı təklif edir

Kreml Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması müqabilində Ukraynadan taxıl ixracı üçün dəhliz açılmasına razlıq verəcəklərini təklif edir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun bəyanatı sübut edir.

O, bildirib ki, Rusiya gəmilərin keçməsi üçün humanitar dəhliz verməyə hazırdır. Bu barədə TASS agentliyi xəbər verir.

Rudenkonun sözlərinə görə, “ərzaq probleminin həlli kompleks yanaşma tələb edir, o cümlədən Rusiyanın ixracına və maliyyə əməliyyatlarına tətbiq edilən sanksiyaların aradan qaldırılması”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi iddia edir ki, Rusiya mülki gəmilər üçün dəniz zolaqlarını həyata keçirməsi üçün Ukrayna Qara dənizin minalardan təmizlənməsi ilə məşğul olmalıdır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya Federasiyasının taxıl tədarükünün əngəllənməsindən və bu səbəbdən mümkün aclığından şantaj üçün istifadə etməsi ilə bağlı bəyanatını şərh edən Rudenko deyib ki, “Rusiya tərəfi bütün problemləri sülh yolu ilə həllinə səy göstərən hər kəslə, hər zaman dialoqa hazırdır".

Əli Əliyev

visiontv.az

Mənbə:
0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar