• Şikayət et

Luqansk vilayəti uğrunda əsas döyüşlər bu həftə olacaq - Qayday

Bu həftə Luqansk vilayəti üçün həlledici olacaq. Bölgə daim müxtəlif növ silahlardan atəşə tutulur və ruslar hətta Mariupol və Donetsk vilayətindən də Luqansk istiqamətinə hücuma keçirlər.

Bu barədə telemarafonda Luqansk vilayətinin rəhbəri Sergey Qayday deyib: "Ruslar tükənir. Onlar da hamı kimi güllə keçirirlər. Yeganə odur ki, onların sayı çoxdur. Bizim döyüşçülərimiz onların tarakanlar kimi bütün çatlardan dırmaşdıqları üçün sadəcə şoka düşüblər. Amma düşünürəm ki, növbəti həftə, çox ciddi bir həftə olacaq".

Region rəhbərinin sözlərinə görə, artıq Severodonetsk şəhərinin kənarında döyüşlər gedir: "Severodonetskin atəşə tutulması intensivləşib. ,əhər daim Qradlar, Tornadolar, artilleriya və hava bombaları ilə atəşə tutulur. Rus qoşunları artıq kifayət qədər yaxınlaşıblar. Ona görə də onlar artıq minaatanlardan da şəhəri atəşə tuta bilirlər. Şəhər gecə-gündüz mühafizə olunur. Vəziyyət çox ağırfıt. Dünən döyüşlər artıq şəhərin kənarında gedirdi ".

Qaydayın sözlərinə görə, Putin nəyin bahasına olursa-olsun Luqansk bölgəsini almağı qarşısına məqsəd qoyub, ona görə də bütün istiqamətlərdən qoşun yeridir.

“Mariupol, Xarkov, hətta Donetsk vilayətinin bir hissəsi bütün Luqansk vilayətini zəbt etmək üçün ələ keçirilib”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Luqansk vilayətini tutmaq üçün 12 mindən çox hərbçi cəlb etdiyi məlum olmuşdu.

Aytən Əlizadə

visiontv.az

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar