• Şikayət et

Putin:Stalin və Hitler?!

Rusiya Ukraynaya qarşı ədalətsiz müharibəyə başlayandan bəri Putini Hitlerlə, hətta Stalinlə müqayisə edirlər. Şərəfsiz müharibə davam etdikcə, müqayisə edənlərin sayı da ədədi silsilə ilə artır. Putini hətta Putler adlandıranlar var, Pustalin çağıranlar da yəqin olar. Amma sözümün canı var...

Əvvəla, bu cür müqayisələr qüsurludur. Şəxsiyyətin yaşadığı tarixi-siyasi zaman və məkan var, şəxsiyyətin miqyası və missiyası var. Putinin nə zaman və məkan, nə də miqyası müqayisə olunduğu şəxsiyyətlərlə uyğun gəlir. Zaman və məkan məsələsi aydındır, XXI əsr XX əsrdən tamam fərqli bir dünyadır. Burda müasir silahlar yox, qabaqcıl texnologiyalar danışır, burda adamlar, xalqlar yox, pullar, kapitallar yarışır. Odur ki, keçək şəxsiyyətin miqyası və missiyası məsələsinə...

Putindən fərqli olaraq, Hitler və Stalin ideya adamı olublar, pis-yaxşı, amal uğrunda vuruşublar, “yorğan davası” aparmayıblar. Əvvəl Hitlerdən başlayaq, sonra Stalindən danışarıq. Deməli, Hitler “alman nasizmi” ideyası, demokratik seçkilər yolu ilə, 30-cu illərdə Almaniyada hakimiyyətə gəlib. Sizə təəccüblü gəlməsin, Hitlerə, onun partiyasına 30 milyon alman səs verib. Hitlerin “Mübarizəsi”ni oxuyanlar bilir, bu adam başdan ayağa millətçi (nasist) olub. Amma millətçiliyin, yəni nasizmin faşizmə keçməsi bir ayrı müsibətdir, və Hitlerin faciəsini tam xarakterizə edir.

Burda mən mətləbə dəxli var deyə, mətləbdən uzaqlaşmaq, nasizm və faşizm anlayışlarına aydınlıq gətirmək istəyirəm. Nasizm millətçilikdir və özlüyündə normal bir şeydir. Yəni, “mənim millətim bütün millətlərdən yaxşıdır, ucadır” deməkdir. Millətçilik kommunistlərdən və cinayət aləmindən başqa, bütün liderlərə və millətlərə xas olan müsbət keyfiyyətdir. Məsələn, Mustafa Kamal Atatürk də qatı millətçi olub və onun “Türkün türkdən başqa dostu yoxdur” kəlamı da bunu göstərir. Amma nasizmin faşizmə keçməsi, yalnız liderlər üçün yox, bütöv millətlər, bəşər üçün faciədir. Faşizm “mənim millətim bütün millətlərdən yaxşıdır” şüarı ilə kifayətlənmir, “mənim millətim ali millətdir, nəyin bahasına olursa-olsun, bütün millətlərə ağalıq etməlidir” deyir. Məlum olduğu kimi, Hitler də nasizmlə kifayətlənməyib, faşizm isə, onu məhv edib.

Əvvəldə danışdığımız kimi, Stalin də ideya adamıdır. Amma nə nasist, nə də faşist deyil, təpədən dırnağa kimi kommunistdir. Bu adam ona “gürcü” deyəndə əsəbiləşirmiş ki, “mən kommunistəm, kommunistin milləti olmur”. Əslində, Stalin də, Hitler kimi Hapoleon fenomenidir. Yəni kasıb ailədən çıxan adi bir oğlan yalnız öz ağlı, qabiliyyəti və siyasəti sayəsində hakimiyyət zirvəsinə yüksəlir və dünyanın üçdən birinə nəzarət edir. Hələ dünyanın bəxti gətirir ki, Stalin Trotskinin “Permanent inqilab” ideyasını dəstəkləmir, “Kommunizmin bir ölkədə qələbəsi” ideyasının arxasınca gedir.

Məlum olduğu kimi, permanent, yəni dünya inqilabı ideyası Engelsə və Marksa məxsusdu və kommunizmin bütün dünyada eyni zamanda qələbə çalmasını nəzərdə tuturdu. Lenin isə, kommunizmin ayrıca götürülmüş bir bir ölkədə qələbəsinin mümkünlüyündə israr edirdi və faktiki olaraq, Rusiyada həyata keçirmişdi. Stalin də Leninin tələbəsi idi, onun arxasınca gedir və Rusiya ilə kifayətlənir. Əgər Trotskinin fikrini dəstəkləsəydi və Rusiya inqilabını bütün dünyaya yaymaq istəsəydi, yeni bir dünya faciəsi, bəlkə də müharibəsi qaçılmaz olacaqdı... Stalin isə, dünyanı daha bir faciədən qurtardı, Hitler faşizminin məhv edilməsində və kökünün kəsilməsində aparıcı rollardan birini oynadı...

Dostlar, Putinin şəxsiyyəti və hakimiyyətə necə gəlməsi barədı mən II yazımda ətraflı məlumat verəcəyəm. İndi yalnız onu deyə bilərəm ki, nə miqyası, nə də missiyası müqayisə olunduğu şəxsiyyətlərə - Hitlerə və Syalinə uyğun gəlir. O, başına təsadüfən “hakimiyyət quşu” qonan, sıradan bir adamdır. Nə siyasi ideya, nə milli maraqlar, nə də mənəvi dəyərlər uğrunda mübarizə aparır. Onun davası yorğan davasıdır... Dünyaca məşhur ictimai-siyasi xadim Mixail Xodorkovski də deyir ki, Putin nə nasistdir, nə faşistdir, nə də kommunistdir, sadəcə olaraq, banditdir...

Qalib ARİF

visiontv.az

Mənbə:
0
36
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar