• Şikayət et

"Şəhidlər Xiyabanı and yerimizdir!"- FOTOLAR

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə gənclər Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad etmək məqsədilə "Şəhidlər Xiyabanı and yerimizdir!" devizi ilə Gəncədəki Şəhidlər Xiyabanına ziyarət ediblər.

Ziyarətdə şəhid anaları, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və əməkdaşları, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin nümayəndələri, 2 saylı Gəncə regional "ASAN xidmət"  mərkəzinin könüllüləri və gənclər iştirak ediblər.

İlk öncə ziyarətçilər tərəfindən Gəncə "Şəhidlər Xiyabanı" Memorial Kompleksin önünə, daha sonra isə Şəhid məzarları ziyarət olunaraq onların üzərinə tər qərənfillər düzülüb.

Sonra burada gənclərlə maarifləndirici söhbət aparılmış, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 44 günlük Vətən müharibəsi zamanı qəhrəman şəhidlərimiz qanı bahasına işğalda olan torpaqlarımızı işğaldan azad etməsini diqqətə çatdırmışdır.
Şəhid Rauf Əsgərovun anası Briliyant Əsgərova Şəhidlərimizin keçdiyi yolun  gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət olduğunu qeyd etmiş və buna görə də Şəhidlərimiz həmişə qürurla, sevgilə, kövrəkliklə anılır.

ŞƏHİD Araz Məmmədovun anası qeyd edib ki, Şəhidlərin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir.

Qeyd edək ki, tədbirdə ümumilikdə 50 nəfərdən çox gənc iştirak etmişdir.

Binnət İsmayılov
Visiontv.az

Mənbə:
0
133
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar