• Şikayət et

Silah ehtiyatı tükənir: Ruslar hədəflərini daha dəqiq seçməyə çalışır - Baş Kəşfiyyat İdarəsi

Rusiya qoşunlarında yüksək dəqiqlikli silah ehtiyatları tükənir. Ümumi ehtiyatların təxminən 40%-i qalıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski xəbər verir: "Məlumatlarımıza görə, euslar yüksək dəqiqlikli silah ehtiyatlarının təxminən 60%-i artıq istifadə edib. Bəzi növlər üçün, bu göstərici hətta 70%-dir. Bu məslədə orduda müəyyən normativ hədd var. Və bu həddi qorumaq lazımdır. Bu baxımdan bəzi silah növləri üçün o cümlədən "İsgəndər"lər üçün bu həddə çatıblar. Bu vəziyyət Rusiya Federasiyası üçün təhlükə yaradır. Çünki Rusiya ehtiyatlarını vaxtilə Sovet İttifaqında olduğu kimi tez doldura bilmir. Onların bu cür imkanları və dəqiq idarə olunan silahların sürətli istehsalı yoxdur".

Skibitskinin fikrincə, buna həm də iqtisadi və siyasi sanksiyalar mane olur ki, bu da indi xaricdə istehsal olunan komponentlərin aktiv genişmiqyaslı istifadəsinə imkan vermir: "Onlar bu cür silahlardan istifadə taktikasını dəyişiblər. Əvvəllər obyektə qarşı iki və ya dörd raket istifadə olunurdusa, indi obyekt, hədəf dəqiq seçilir".

Aytən Əlizadə

visiontv.az

Mənbə:
0
65
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar