• Şikayət et

Ukraynanın qalib gəlməsini istəyiriksə onlara daha müasir silah sistemləri verilməlidir

Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı münaqişəsi ən qısa zamanda Ukrayna ordusunun qələbəsi ilə başa çatmalıdır.

Bu barədə Estoniyanın müdafiə naziri Kalle Laanet bildirib.

Estoniya müdafiə departamentinin rəhbəri vurğulayıb ki, Qərb liderləri hazırda Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə qələbə çalacağına əmindirlər: "Əgər bütün Qərb müttəfiqləri deyirlərsə ki, Ukrayna bu müharibədə qalib gəlməlidir, o zaman mənim üçün sual budur ki, biz nəyi gözləyirik? Bunun üçün biz Ukraynanya  kifayət qədər müsir silah sistemi verməli və onları idarə edənlərə təlim keçməliyik. Yəni, bu yolla müharibəni mümkün qədər tez bitirmək lazımdır. Diplomatiya ilə yox, rusları Ukrayna ərazisindən qovmaqla”.

O, əlavə edib ki, Ukrayna xalqı müqavimət və döyüş ruhu nümayiş etdirib və bu, onlara rus işğalçıları üzərində üstünlük əldə etməyə kömək edib.

Əli Əliyev

visiontv.az

Mənbə:
0
51
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar