• Şikayət et

Yaxın gələcəyin əsas müharibələr qida və su uğrunda olacaq

Baxmayaraq ki, koronavirus epidemiyası və müharibə bu gün ərzaq təchizatı zəncirində qlobal problemlərin iki ən böyük səbəbidir, ancaq ərzaq təchizatı təhlükəsi ilə bağlı həyacan zəngi çoxdan çalınır.

Bu yaxınlarda BMT-nin qlobal ərzaq böhranı haqqında məruzəsinə əsasən, ərzaq böhranı ilə əlaqədar əsas qidalanma və təcili yardıma möhtac olan insanların sayı 193 milyon nəfərdir.Onu da qeyd etmək lazımdır ki, qlobal istiləşmə ilə bağlı quraqlıq xüsusilə Afrikada ərzaq istehsalını ciddi şəkildə təhlükə altına qoyub.

Müxtəlif səbəblərdən qlobal ərzaq təchizatı ilə bağlı problemlər yaşandığı dönəmdə bir sıra ölkələrin proteksionist davranışları vəziyyətdən çıxışı çətinləşdirir. Məsələn, ilin əvvəlindən, Rusiya-Ukrayna müharibəsi hələ başlamamış ÇİN-in 2021-ci ildə dünya taxılının yarısını tədarük etdiyi üzə çıxdı.Bu davranışın 2022-ci il ərzində davam etdiyi müşahidə olunur. İlin sonuna Çin qarğıdalı, düyü və buğda kimi əsas ərzaq məhsullarının əhəmiyyətli hissəsini öz rezervlərinə toplayacaq.

Eyni şəkildə, Hindistan bu yaxınlarda buğda ixracının qadağan etdiyini elan etdi və bunu qiymətlərin artması, pis hava şəraiti və təchizat problemləri ilə əsaslandırdı. Rusiya-Ukrayna müharibəsinin başlanmasından bu yana 23 ölkə ixraca qadağa qoyub ki, bu da ümumi ərzaq ticarətinin 10 % bərabərdir.

Dünyanın əhali sayına görə dünyanın iki ən böyük ölkəsinin reaksiyası, əslində ərzaq təhlükəsizliyi məsələsinin koronavirus epidemiyasından və müharibədən asılı olmayaraq, daha geniş nöqteyi-nəzərdən nəzərdən keçirildiyini göstərir. Xüsusilə dünyanın ən sıx əhalisi olan ÇİN bunu çoxdan rəsmi siyasət kimi həyata keçirir. ÇİNin əsas deyimi belədir: “fincan dolu düyünü əlimizdə möhkəm saxlamalıyıq”. ÇİN ərzaq təhlükəsizliyi siyasətinin əsas elementlərindən biri müxtəlif ölkələrdə, əsasən Afrikada torpaqları icarəyə götürüb istehsal prosessinin təşkil edilməsidir.

Artıq dünya ölkələri arasında fiziki sərhədlər yalnız ölkə ərazisini müəyyən edir. Ayrı-ayrılıqda ölkələr fəaliyyət göstərə bilirlər və onlar bir-birində daha sıx şəkildə asılıdırlar.

Zamanla ölkələr bir-birilərinə ərazilərə görə müharibə edirdilər, daha sonra bu enerji müharibələrinə çevrildi, yaxın gələcəyin əsas müharibələri isə qida və su uğrunda olacaq.

Aqil Məmmədov

visiontv.az

Mənbə:
0
50
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar