• Şikayət et

Yunanıstanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi İran bayrağı altında gəminin müsadirə edilməsi ilə əlaqədar Yunanıstanın müvəqqəti işlər vəkilini Tehrana çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yunanıstanın müvəqqəti işlər vəkili ölkə səfirinin olmadığı üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Aralıq dənizi departamentinin direktoru yunan diplomata bildirib ki, gəminin qaçırılması beynəlxalq banditizm nümunəsidir.

Məmur texniki nasazlıq səbəbindən sözügedən gəminin təcili dayandırılmasına istinad edərək, Yunanıstan hökumətini məsuliyyətə cəlb edib

Yunanıstanın müvəqqəti işlər vəkili İranın etirazını dərhal öz hörmətli hökumətinə çatdıracağını bildirib.

Milli.Az

Mənbə:
0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar