Qreçka dietası saxlanılan qida dietaları içərisində ən sağlam dieta hesab edilir. Çünki qreçkanın tərkibində olan vitaminlər və minerallar orqanizm üçün çox faydalıdır. Dünyanın əksər ölkələrində qreçkadan ən qiymətli qida maddəsi kimi istifadə edilir. Onun orqanizmə olan faydası hamıya məlumdur.
Qreçka vasitəsilə dieta saxlamaq ilk dəfə Şərq ölkələrində tətbiq edilib. Bu dietanın məqsədi isə daxili orqanları təmizləməklə orqanizmin vitamin balansını aşağı salmadan çəkini azaltmaqdan ibarətdir. Qreçka dietasından sonra insanda aşağıdakı dəyişikliklər baş verir:
* dəri gözəlləşir
* saçlar daha parlaq olur
* dişlər və dırnaqlar möhkəmlənir.
Qreçka dietası saxlamağın bir-neçə növü vardır.
Qreçka dieti.
Gün ərzində acdıqca yanlız suda bişirilən qreçka yeyilir. Qreçkanın sutkalıq norması 1 stəkan quru qreçkdan ibarət olur. Amma əgər istəsəniz normanı daha da artıra bilərsiniz. Gün boyu istədiyinidə su və ya yaşıl çay içə bilərsiniz.
Qreçka və kefir dieti.
Bir stəkan qreçkaya yarım litr kefir əlavə edilir və yumuşalana qədər saxlanılır. Gün boyu acdıqca bu qarışımdan yeyilir.
Qreçka və quru meyvə dieti.
Gün ərzində bir-neçə dəfə suda bişmiş qreçka və 150 qram quru meyvə yeyilir.
Qreçka və avokado dieti.
Gün ərzində 2 dəfə suda bişmiş qreçka yeyilir. Yeyən zaman bişmiş qreçkanın üzərinə avokado doğranılır. İstəsəniz bunları ayrı-ayrılıqda da yeyə bilərsiniz. Axşam yeməyinə isə almanın üzərinə limon şirəsi sıxıb yeyilir.
Makrobiotik qreçka şarikləri.
Bu zaman qreçka suda bişirilir və süzülür. Sonra azca duz və limon şirəsi sıxılıb ovucun içərisində şariklər şəklinə salınır. Bu üsuldan ən çox işləyən qadınlar istifadə edirlər. Şariklər yüngül qaba yığılır və acdıqda yeyilir.
Qreçka dietası orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına və vitamin-mineral mübadiləsinin pozulmamasına səbəb olur. Bu səbəbdən də bu dietanı saxlayanlar aclıqdan, halsızlıqdan, baş ağrılarından şikayət etmirlər.
Milli.Az
Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: "Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq".
Keçən həftə ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham etsə də, Rusiya bunu qəti şəkildə rədd edib. Blinken iddia edir ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir.
Milli.Az
Dünya Bankının prezidenti Devid Malpas Ukraynadakı vəziyyətlə əlaqədar qlobal iqtisadiyyatda tənəzzülü istisna etmir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o bildirib ki, bu hal qlobal ÜDM-ə mənfi təsir göstərəcək.
O, vəziyyətin Rusiya və Ukrayna xalqları üçün "pis" olacağına, lakin təsirin bu iki ölkənin hüdudlarından kənara çıxacağına diqqət çəkib. Belə ki, o qeyd edib ki, taxıl tədarükündə fasilələr özünün taxıl ehtiyatına malik olmayan Livana təsir edəcək və onun sözlərinə görə, digər ölkələr artıq kənd təsərrüfatı sektorunda yavaşlama hiss edirlər.
Dünya Bankı rəhbərinin fikrincə, başqa bir aspekt - Rusiyanın Avropaya enerji təchizatının azalması - Aİ ölkələrində iqtisadiyyatın "əhəmiyyətli ləngiməsinə" gətirib çıxarır.
Milli.Az
Berlinin Ukraynaya İsrail texnologiyası ilə istehsal edilmiş tank əleyhinə sistemlər verməsi ilə bağlı ABŞ-ın Təl-Əvivə müraciəti rədd edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, İsrailin Müdafiə Nazirliyinin baş direktoru Amir Eşel iki həftə öncə Vaşinqtona səfər edib.
Görüş zamanı ABŞ müdafiə nazirinin köməkçisi Kolin Kal Ukraynaya "Spayk" tank əleyhinə sistemlər göndərməsi ilə bağlı İsrailin Berlinə razılıq verib-verə bilməyəcəyini soruşub.
Eşel isə bu müraciətə rədd cavabı verib, Ukraynaya yalnız ölümcü olmayan silahlar veriləcəyini bildirib.
Qeyd edək ki, sözügedən sistemlər Almaniyada İsrail texnologiyası ilə istehsal edilir. Almaniyadakı İsrail müəssisəsində istehsal edilən bu sistemlərin üçüncü ölkəyə verilməsi üçün İsrailin razılığı lazımdır.
Milli.Az
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynadakı vəziyyətlə bağlı dünyanın müxtəlif regionlarında kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq edib.
"Dünyanın bir çox bölgələri, xüsusilə Şərqi və Cənubi Afrika qarşıdakı aylarda aclıq və ölüm təhlükəsi ilə üzləşir", - Ştaynmayer deyib.
Milli.Az "Report"a istinadən bildirir ki, eyni zamanda, o, Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin torpaqların quruduğu və münbitləşdiyi bölgələrə mənfi təsir etdiyini iddia edib.
Almaniya Prezidenti əlavə edib ki, milyonlarla ton taxılın Ukrayna limanlarında blokadada olması səbəbindən bu məhsulun dünya qiymətləri kəskin artıb.
Bununla bağlı Ştaynmayer yenidən Rusiya hakimiyyətini qoşunları Ukraynadan dərhal çıxarmağa çağırıb.
"Ukraynanın suverenliyinə hörmət edin, döyüşləri dayandırın", - Ştaynmayer vurğulayıb.
Milli.Az
Pakistanın paytaxtı İslamabadda əsas hökumət binalarının yerləşdiyi ərazilərə qoşun yeridiləcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Rana Sanaullah "Twitter" səhifəsində məlumat yayıb.
Bu qərar Pakistan hökumət idarələrinin, diplomatik nümayəndəliklərin habelə məhkəmə və qanunvericilik institutlarının yerləşdiyi "Qırmızı zona" kimi adlandırılan yerlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə verilib.
Aprelin 11-də Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib. O, bu postda bir gün əvvəl fəaliyyəti dayandırılan, küçələrdə minlərlə mitinqdə dəstəklənən İmran Xanı əvəz edib.
Pakistan konsitutsiyasının 245-ci maddəsinə uyğun olaraq "qırmızı zona"da kifayət qədər Pakistan əsgərinin yerləşdirilməsinə icazə verilir.
Qeyd edək ki, "Dawn"nəşrinin məlumatına görə, hakimiyyət İslam Respublikasının keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın İslamabada gələrək "Dee Chowk" meydanında tərəfdarları ilə yürüşə başlayıb.
Aprelin 10-da Xan ölkə parlamentinin ona etimadsızlıq verməsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.
Milli.Az
"Ukrayna əsgərlərinin və mülki vətəndaşlarının ölümünün qarşısını almaq üçün Qərbin ağır silahlarına ehtiyacı var".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Ukrayna XİN başçısı Kuleba Almaniyanın onun ölkəsinə ağır silahların tədarükünə rəhbərlik edən ölkə olmayacağını başa düşdüyünü, lakin ölkənin "Gepard" özüyeriyən zenit-raket sisteminin Kiyev üçün "xəyal" olduğunu deyib.
"Ağır silahlar almasaq, öldürüləcəyik" ,- deyə nazir bildirib.
O, Ukraynanın silah tələbləri ilə bağlı "həddindən artıq irəli getməsi" ilə bağlı tənqidlərdən xəbərdar olduğunu, lakin Almaniyanın hücuma məruz qalacağı və əhalisinin öləcəyi təqdirdə bu ölkənin də eyni şey edə biləcəyini və hətta bundan artığını tələb edə biləcəyini deyib.
Dmitri Kuleba qeyd edib ki, o, Almaniyaya onun ölkəsinin yaşadığı problemi yaşamağı arzu etmir.
Milli.Az
Ukrayna və Rusiya hərbçiləri arasında toqquşma baş verib. Nikolayev vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimində olan ruslar nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd ediblər.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Pivden" Əməliyyat Komandanlığı məlumat yayıb.
"Düşmən minaatan atəşi altında iki "Tiqr" zirehli döyüş maşınının dəstəyi ilə bizim müşahidə məntəqəmizi ələ keçirməyə cəhd edib. Onlar Ukrayna Silahlı Qüvvələrinin hərbi geyimində olublar", - məlumatda deyilir.
Hadisə Nikolayev vilayətinin şimal-şərqində, Krivoy Roq istiqamətində baş verib.
Milli.Az
Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulması hazırda mümkün deyil.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Hazırda sanksiyalara qoşulmaq imkanımız yoxdur. Gələcəkdə isə nə olacağı, həyatın bizə nə gətirəcəyi və hər şeyin necə inkişaf edəcəyini bilmirəm. Mən and içib, sonra andımı pozanlardan deyiləm", - deyə Vuçiç bildirib.
Milli.Az
Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.
Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.
Ötən gün tatami üzərinə çıxan digər Azərbaycan karateçilərindən yalnız Fəridə Əliyeva (+60 kq) medal qazanmaq şansını saxlayır. O, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib.
Kişilərdən Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq), qadınlardan isə Alya Rzazadə (61 kq) ilə İrina Zaretska (68 kq) yarışı erkən başa vurub.
Fərdi kata yarışlarında isə Roman Heydərov ilk iki mərhələni adlasa da, medal görüşlərinə vəsiqə qazana bilməyib.
Milli.Az
ABŞ İranı cilovlamaq üçün lazım gələrsə, zərbə endirməyə hazırdır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu xəbərdarlığı çərşənbə günü ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli verib.
"Qeyd etdiyimiz kimi, biz hələ də sanksiyalarımızı tətbiq edirik və İranın sabitliyi pozan davranışına yönəlmiş sanksiyaları tətbiq etməyə davam edəcəyik", - deyə amerikalı diplomat ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
"Bundan başqa, biz İsraillə, tərəfdaşlarımızla, Fars Körfəzi bölgəsindəki məsələni həll edirik. Avropalılarla onların müdafiə xətlərini gücləndirmək, dinamik şəkildə regionda qüvvələr yerləşdirmək, o cümlədən uzun mənzilli bombardmançı təyyarələrin uçuşlarını, dəniz təhlükəsizliyini artırmaq üçün çalışırıq",- deyə amerikalı diplomat bildirib.
Robert Malli bildirib ki, İranın maliyyə axınını kəsmək üçün öz pilotsuz uçuş aparatlarını, ballistik raketlərini, hərbi avadanlığını silahlı qruplara və qeyri-dövlət subyektlərinə daşımaq imkanı məhdudlaşdırılmalıdır. Diplomat bildirib ki, İran və onun tərəfdaşlarının fəaliyyət göstərdiyi qüvvələri ABŞ-a hücum etməkdən çəkindirməkdən lazımdır.
O, bildirib ki, lazım gələrsə İrana müdafiə zərbələri endiriləcək.
Milli.Az
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.
Bu barədə Prezident Mişel "Twitter"də bildirib.
"Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik", - deyə Mişel vurğulayıb.
Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi "Twitter" səhifəsini işarələyib.
Milli.Az
Polşa nə edir? Ukraynadan sonra komanda olarsa, altı saniyəyə nəyə qadir olduğumuzu göstərəcəyik. Yaxşı olar ki, silahlarınızı, muzdlularınızı götürün və səfirimiz üçün rəsmi şəkildə üzr istəyin.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Çeçenlərin yaxşı təcrübəsi var: edilən hər şey evə qaytarılır. Dövlətimizlə çox pis oyunlar oynamağa başladınız. Qərbin və Amerikanın sədaları altında oynamayın. Bu yaxşılığa səbəb olmayacaq", - Kadırov bildirib.
Qeyd edək ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada Sovet əsgərlərinin memorialını ziyarət edən zaman hücuma məruz qalıb. Belə ki, "Faşistlər" şüarı səsləndirən etirazçılar səfirə qırmızı boya atıblar.
Milli.Az
KXDR-də "qızdırma" adlandırdığı halların sayı azalır, ölkədə üçüncü gündür ki, ölüm halları qeydə alınmır.
Agentlik bildirib ki, artıq üçüncü gündür ki, KXDR-də xəstəliyin fəsadlarından ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 68 nəfərdir.
Milli.Az
Bu gün Bakıda "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı işə başlayır.
Tədbir 4 gün davam edəcək.
"TEKNOFEST" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.
"TEKNOFEST Azərbaycan"ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.
Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün "ağıllı" şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.
Milli.Az
Son bir həftə ərzində 3,7 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölənlərin sayı isə 11 faiz azalıb.
Bildirilib ki, keçən həftə, mayın 16-dan mayın 22-dək, "yanvardakı yüksək göstəricilərdən sonra [COVID-19-un yeni yoluxma hallarında] azalma tendensiyası davam etdi".
Xəstəlik 3 faiz, ölüm isə 11 faiz azalıb. ÜST-ə 3 721 079 infeksiyaya yoluxma və 9 440 ölüm faktı barədə məlumat daxil olub.
Milli.Az
İran Xarici İşlər Nazirliyi İran bayrağı altında gəminin müsadirə edilməsi ilə əlaqədar Yunanıstanın müvəqqəti işlər vəkilini Tehrana çağırıb.
Xarici İşlər Nazirliyinin Aralıq dənizi departamentinin direktoru yunan diplomata bildirib ki, gəminin qaçırılması beynəlxalq banditizm nümunəsidir.
Məmur texniki nasazlıq səbəbindən sözügedən gəminin təcili dayandırılmasına istinad edərək, Yunanıstan hökumətini məsuliyyətə cəlb edib
Yunanıstanın müvəqqəti işlər vəkili İranın etirazını dərhal öz hörmətli hökumətinə çatdıracağını bildirib.
Milli.Az
ABŞ Prezidenti Co Bayden Azərbaycana səfir namizədini açıqlayıb.
Mark V. Libbi Azərbaycanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizəd olaraq irəli sürülüb.
Mark Libbi Milli Müharibə Kollecində işləyir. Vaşinqtona qayıtmazdan əvvəl o, 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına kimi ABŞ-ın Brüsseldəki missiyasında missiya rəhbərinin müavini və Avropa İttifaqındakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Libbi Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyatlar Mərkəzində böhranların idarə edilməsi üzrə direktor müavini vəzifəsində çalışıb. Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri Ofisinin direktoru və Xarici Xidmət İnstitutunda oriyentasiya direktoru olaraq fəaliyyət göstərib.
Libbi bakalavr təhsilini Massaçusetsdəki Tafts Universitetində və Parisdəki Institut des Etudes Politiques-də ("Sciences-Po") alıb. Milli Müharibə Kollecində magistr dərəcəsinə yiyələnib. O, polyak və fransız dillərini mükəmməl, rus, türk və alman dillərini qismən bilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.
Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat" markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və "Mercedes"-in sürücüsü ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
"Twitter" sosial şəbəkəsinin təsisçisi Cek Dorsi eyniadlı şirkətin direktorlar şurasını tərk edib, müvafiq qərar ötən ilin payızında elan edilib.
Bu barədə "Axios" portalı xəbər verib.
Məlumata əsasən, dəyişikliklər mayın 25-dən qüvvəyə minib.
Milli.Az
Bir həftə aşağıdakı dietaya əməl etsəniz qarın bölgəsindəki piylərdən xilas ola bilərsiniz.
Birinci gün.
Səhər yeməyi - 100 qram kəsmik, 1 ədəd yaşıl alma, yaşıl çay.
Günorta yeməyi - 200 qram toyuğun döş əti, kələm salatı.
Axşam yeməyi - 0,5 litr kefir
İkinci gün.
Səhər yeməyi - 2 yumurta və 2 pomidordan hazırlanmış qayğanaq.
Günorta yeməyi - 200-300 qram buğda bişmiş balıq, alma.
Axşam yeməyi - pomidor, xiyar, göyərti və kələm qarışımından hazırlanmış və zeytun yağı qatılmış salat.
Üçüncü gün.
Səhər yeməyi - qatıq, yaşıl çay, alma.
Günorta yeməyi - 200 qram toyuğun döş əti, 1 ədəd portağal.
Axşam yeməyi - krab və xiyardan hazırlanmış salat.
Dördüncü gün.
Səhər yeməyi - buğda kəpəyindən hazırlanmış kaşa, 1 ədəd alma.
Günorta yeməyi - parda bişmiş balıq və 1 ədəd qreypfrut
Axşam yeməyi - 200 qram krivet balığı, yaşıl çay.
Beşinci gün.
Səhər yeməyi - qatıq və 300 qram meyvə salatı.
Günorta yeməyi - tərəvəz şorbası və alma.
Axşam yeməyi - 200 qram kəsmik və qreypfrut.
Altıncı gün.
Səhər yeməyi - 2 ədəd soyutma yumurta, 1 ədəd portağal.
Günorta yeməyi - 2 orta dilim yağsız pendir, 1 stəkan kefir.
Axşam yeməyi - 200 qram suda bişmiş ət və kələm salatı.
Milli.Az