Dünya 09:45 23.06.2022

ABŞ Rusiya diplomatlarının çıxarılması üçün xüsusi reysin gəlməsinə icazə vermədi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ Amerika ərazisini tərk etmək əmri verilən rus diplomatların təxliyyəsi üçün xüsusi reysin gəlməsinə icazə verməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında Mariya Zaxarova bildirib.

"Təyyarə Dövlət Departamenti tərəfindən bu ayın sonuna qədər ABŞ-ı tərk etmək əmri verilmiş həmkarlarımız üçün uçmalı idi", - Zaxarova deyib. O, bunu "Vaşinqtonun növbəti düşmən addımı” adlandırıb və ABŞ hakimiyyətinin davranışının cavabsız qalmayacağına söz verib.

"Əvvəlcə xəbərdar etdiyimiz kimi, Rusiya xüsusi təyyarəsinin buraxılmasından imtina ediləcəyi təqdirdə, əks tədbirlər qaçılmaz olaraq, o cümlədən asimmetrik xarakter daşıyacaq və bu barədə diplomatik kanallar vasitəsilə vaxtında məlumat verəcəyik”, - deyə Zaxarova bildirib.
 
Alpər