Siyasət 16:16 22.06.2022

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil etdi (FOTO)

İyunun 22-də Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

Qaynarinfo xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.