Ekonomiks 18:55 04.07.2022

"Azərittifaq"ın dövlətə külli miqdarda borcu üzə çıxdı

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) tabeliyində olan qurumların külli miqdarda vergi borcu var. 

Qaynarinfo xəbər verir ki, "Azərittifaq"ın tabeli qurumlarının bu gün olan toplam vergi borcu 85 724.94 AZN təşkil edir.

Vergi borcu olan qurumlar aşağıdakılardır:

"Qazax Avtobazası” MMC - 3203.80 AZN
Sənaye Müəssisələri Birliyi - 6713.60 AZN
Bakı Avtobazası - 5104.15 AZN
Azərittifaq Abşeron Rayon Kooperativlər Cəmiyyəti - 12763.88 AZN
"Azərittifaq”ın Mənzil İstismar Kontoru - 55548.66 AZN
Tələbə Kooperativ Cəmiyyəti - 2385.85 AZN

"Azərittifaq”ın sədri Eldar Quliyevdir. O, 1993-cü ildən bu vəzifədədir. Eldar Quliyev həm də deputatdır. 

Seyid