İdman 15:43 04.07.2022

"Barselona" Kessye ilə müqavilə bağladı

"Barselona" yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya təmsilçisi İtaliya "Milan"ından Frank Kessyeni transfer edib. Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avroluq təzminat qiyməti qoyulub.

Kessye iyulun 6-da ictimaiyyətə təqdim olunacaq.
 
Səbuhi Həsənov