Dünya 14:29 04.07.2022

Böyük Qaladərəsi kəndində ermənilərin evləri sökülməyə başlandı (VİDEO)

10 Noyabr üçtərəfli bəyannaməyə əsasən, üç il ərzində Laçın dəhlizini əvəz edən yeni marşrut xəttinin tikintisi layihəsi davam edir. 

Belə ki, yeni çəkilən yol Sünikin (Zəngəzurun) Teğ və Kornidzor kəndlərindən keçərək Laçına, ordan da Şuşanın inzibati ərazisi olan Hin Şen (Böyük Qaladərəsi) və Mets Şen (Kiçik Qaladərəsi) kəndlərindən keçərək Xankəndinə daxil olacaq.

Hazırda Azərbaycan tikinti şirkəti Böyük Qaladərəsi kəndində yol açmaq üçün ermənilərin evlərinin söküntüsü başlayıb.

Yutubda yayılan video görüntüdə bölgədə qeyri-qanuni məskunlaşan Suriya əsilli ermənilər evlərin sökülməsinə etiraz etsələr də, polis azərbaycanlılara və qeyri-qanuni məskunlaşmım kənd sakinlərinə yaxınlaşaraq hər şeyin qanuni olduğunu bildirir.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun 8 kəndindən biridir. Ermənilər kəndlərdə ermənilərin sayını artırmaq məqsədi ilə Suriyadan və digər xarici ölkələrdən bura qeyri-qanuni erməniləri yerləşdiriblər. 

Telman