Dünya 15:52 04.07.2022

İranda hicabla bağlı yeni qanun

İranın ofis və banklarında hicabsız qadınlara xidmət göstərmək qadağandır.

Qaynarinfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.

Məşhəd prokurorunun müavini İsmayıl Rəhmani Məşhəd qubernatoruna məktub göndərərək ondan "ofis və banklarda” hicabsız və ya xud hicabı zəif olan qız və qadınlara xidmət göstərilməsinin qadağan edilməsini xahiş edib.

"Bu qanun Məşhədə xas deyil və tezliklə bütün İranda idarə və bank müdirləri və rəhbərləri idarələrə hicabsız gələn xanımlara xidmət göstərməməyə məcbur olacaqlar”, - o əlavə edib.

Aydın