Dünya 16:01 23.06.2022

İranın Azərbaycandakı keçmiş səfiri Rusiyanı ittiham etdi

İranın Azərbaycandakı keçmiş səfiri, anti-Rusiya açıqlamaları ilə tanınan doktor Əfşar Süleymani Rusiyanı ölkəsinə xəyanətdə ittiham edib.

Qaunarınfo xəbər verir ki, keçmiş səfir bu barədə "Twitter" səhifəsində yazıb.

Əfşar Süleymani Rusiyanın İran-İraq müharibəsi zamanı İrana qarşı "xain siyasətini" tənqid edib. İraqla müharibədə İranın əfsanəvi döyüşçülərindəmn biri olan doktor Mustafa Çamranın sözlərini dərc edib və yazıb:

"Mərhum Doktor Çamran: "İranla müharibədə İraq tanklarını rus əsgərləri sürürdü. Verilən göstərişlər rus dilində olurdu və biz onların hamısını lentə almışiq".

Əfşar Süleymani eyni "tvit"ində Çamranın yaxın dostu olan doktor Təvəssoliyə istinad edərək yazıb:

"Doctor Təvəssoli: "Yüksək rütbəli şəhid doktor Çamranın ifşaedici açıqlamalarına görə Rusiyanın dövlət xəbər agentliyi TASS onu yalandan ABŞ casusu və CIA əməkdaşı kimi təqdim edirdi".

Aydın